Ukrayna Prezidenti Vladimir Zelenskinin, Ermənistan da daxil, 6 nəfərə və 10 şirkətə qarşı sanksiya tətbiq edilməsinə dair 304/2021 saylı fərmanı qüvvəyə minib...

Qeyd edim ki, bu sanksiya 3 il müddətinə qüvvədədir və Rusiyanın ən böyük onlayn şəbəkələrə malik "Wildberries" MMC-yə və onun Ukrayna, Polşa, Ermənistan, Belarusiya, Qırğızıstan və Qazaxıstandakı bölmələrinə qarşı tətbiq olunur. Həmçinin, "Fransa Xalq Cümhuriyyəti Demokratik Respublikasının Rəsmi Nümayəndə Mərkəzi", "Fransa Xalq Cümhuriyyəti Nümayəndəliyinin Birliyi", "Assosiasiya Fransa - Krım" qeyri-kommersiya təşkilatlarına qarşı da  sanksiyalar tətbiq edilib. Sanksiyaya onların qarşılıqlı əlaqələrinin bloklanması, mənbələrin tranzitinin dayandırılması, Ukrayna ərazisindən nəql, xaricə kapitalın çıxarılması və s. qadağalar daxildir.

Eyni zamanda bu sanksiya 4 Rusiya vətəndaşlarına qarşı da tətbiq olunub: onlar Tatyana Bakalchuk və Vladislav Bakalchuk (Wildberries-in həmtəsisçiləri), Andrey Revyashka (Wildberries-də informasiya texnologiyalarının inkişafı direktoru), Aleksey Kuzmenko (Wildberries kitab rəhbərliyinin rəsmisi).

Fransızlar da sanksiyaların altına düşüb - "Fransadakı DXR-in Rəsmi Nümayəndə Mərkəzi" qeyri-kommersiya təşkilatının qurucusu Fayard Geral-Hubert və dırnaqarası "Beynəlxalq Doni Mətbuat Mərkəzi"nin əməkdaşı Nean Christelle (Donetskdə yaşayır).
Xatırladaq ki, 2020-ci ilin sentyabr ayında Rusiyanın ən böyük onlayn pərakəndə satış şirkəti olan Wildberry Ukraynada böyük bir onlayn mağaza açmışdır.

A.Məmmədli

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli

İDMAN