booked.netbooked.net booked.net  

Gürcüstanda son hadisələr ölkədə yeni siyasi qarşıdurma yarada bilər...

Tezadlar.az Azadlıq Radisosu-nun Gürcüstan bürosuna istinadla bildirir ki,  "Bu qanun layihəsi vətəndaş cəmiyyətini ləkələyən və fərqli fikirləri sıxışdıran Rusiya qanunvericiliyinə uyğundur", -deyən ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan “xarici təsir agentləri” ilə bağlı parlamentə təqdim olunan qanun layihəsini sərt tənqid edib. Gürcüstan demokratiya qurmaq, öz azadlığını qorumaq üçün çox çalışıb, bu qanunvericilik Gürcüstanın uzun illər ərzində qurduqlarını məhv  edəcək. Sitat: “Bu qanun layihəsi vətəndaş cəmiyyətini damğalayan və müxalif fikirləri boğan Rusiya qanunvericiliyinə uyğundur. Rusiyada baş verənləri görürsünüz, Rusiya qanunları vətəndaş cəmiyyətini və müxalif fikirləri boğmaqda çox təsirlidir. Gürcüstan demokratiya qurmaq, öz azadlığını qorumaq üçün çox çalışıb, bu qanunvericilik Gürcüstanın uzun illərdir qurduqlarını alt-üst edir. Ona görə də Gürcüstanın ABŞ, Avropa İttifaqı, BMT və müxtəlif təşkilatlar kimi tərəfdaşları bu məsələ ilə bağlı narahatlıqlarını ifadə edirlər. Fikrimcə, Gürcüstana bu qanun lazım deyil və siz bu qanunu niyə qəbul edirsiniz sualına, məncə, cavab verilməlidir”.

Tezadlar.az xatırladır ki, "Gürcü Arzusu"nu tərk edərək "Xalqın Gücü" hərəkatının təməlini qoyan bir qrup deputat parlamentə "Xarici təsir agenti" adlı qanun layihəsi təqdim edib. Sözügedən qanun layihəsi gəlirlərinin 20%-dən çoxunun xaricdən maliyyələşən QHT və media qurumlar "xarici təsir agenti" olaraq Dövlət Reyestrinin Milli Agentliyi tərəfindən qeydiyyata alınmalı olacaq. Qanunda nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməməsi cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Ekspertlər hesab edir ki, əgər bu qanun layihəsi parlamentdən keçərsə, bu Gürcüstanda yeni siyasi qalmaqalın bünövrəsini qoymuş olacaq.

Ölkənin siyasi hakimiyyəti isə hələki bu məsələyə şərh verməyib.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN