booked.net booked.net  

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Strasburq Məhkəməsinin Gürcüstanın işğal altında olan Abxaziya ilə bağlı çıxardığı qərara münasibət bildirib.

Tezadlar.az İMEDİ TV-yə istinadla bildirir ki, spiker bu qərarın Gürcüstanın ərazi bütövlüyünün tanınması üçün çox mühüm qərar olduğunu qeyd edib. Sitat: “Bilirsiniz ki, 2021-ci ilin yanvarında Strasburq məhkəməsi 2008-ci ildən sonra Rusiyanın Abxaziya və həmçinin Samachablo üzərində effektiv nəzarətə malik olduğunu müəyyən edən qərar qəbul edib. Hansı ki, hüquqi dildə bu, işğal deməkdir. Bu qərarda deyilirdi ki, hətta 2008-ci ildən əvvəl də Rusiya effektiv nəzarəti həyata keçirirdi. Bu günə kimi deyə bilərik ki, Strasburq məhkəməsi o vaxtdan Abxaziya ərazisinin qanuni olaraq Rusiya tərəfindən işğal olunmuş ərazi kimi tanındığını məhkəmə sənədi ilə təsdiq edib və bu, Strasburq məhkəməsinin qərarı ilə təsdiqlənib. Təbii ki, bu, hökumətimizin son 10 ildə beynəlxalq mexanizmlər baxımından fəal olmasının nəticəsidir”.

Beləliklə, Rusiyanın Moldovada, Gürcüstanda, bir zamanlar Qarabaöda və hazırda Ukraynada apardığı müharibə vı hegemonluq siyasəti bir daha göstərir ki, bunda məqsəd imperiya iddialarıdır. Bu isə dünya tərəfindən qəbğuledilməzdir, işğaldır.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA