booked.netbooked.net booked.net  

Gürcüstan prezidenti Rusiyanın totalitarizmin banisi kimi qeyd edilən çıxışında maraqlı məsələlərə toxunub...

Belə ki, "Totalitarizm məğlub olana qədər bütün işğal olunmuş ərazilər azad edilməyəcək, qələbə olmayacaq", - deyən  Prezident Salome Zurabişvili "Avropa Günü" çərçivəsində Tbilisidə keçirilən tədbirdə çıxışı zamanı belə deyib. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla əlavə edir ki, Prezident deyi: "Avropa sabitlik deməkdir. Kimlərinsə "ikinci cəbhə" kimi təmamilə anlaşılmaz açıqlamalarına baxmayaraq, bu belədir. Bizim sabitlik içərisində gələcəyimizi identliyimizi, dəyərlərimizi qorumaq onlarla birlikdədir. Avropa yolumuzda müxtəlif mərhələlər olacaq, lakin bunları sona çatdırmalıyıq. Bizim bu şansımızı əldən buraxmamaq üçün hər kəsi məcbur etməliyik. Hazırda burada olanların bir çoxunun Avropada ailə üzvü var, Avropada olub, oxuyub və ya oxumaq, işləmək istəyir. Mənim böyük ümidim var ki, Avropanı bura gətirəcəyik. Avropaya getmək səbəbimiz olan qaydaları burada qəbul edək. Başqa yerdə axtardığımız həyat və iş standartı burada da olmalıdır. Sovet dönəmində bizi Avropa ilə ayıran və divar rolu oynayan Qara dəniz indi bir körpüdür. Bu körpü nəinki Gürcüstana, həm də Avropaya çox şey gətirə bilər".
 Zurabişvili daha maraqlı açıqlama verib: “Totalitarizmin məğlubiyyəti məhz Avropa deməkdir, totalitarizmin məğlubiyyəti məhz azadlıqdır. Dünyadakı sonuncu totalitarizm məğlub olana qədər, bütün işğal olunmuş ərazilər azad edilməyincə, yekun qələbə baş tutmayacaq. Biz işğal olunmuş ərazilərimizin, abxaz və osetin əhalisinin yoluyuq, biz Avropaya, sülhə, azadlığa aparan yoluq. Mən sizə bütün bu azadlığı, avropalılığı məhz Gürcüstanda arzulayıram. Arzulayıram ki, avropalı olmaq üçün heç yerə getməyə ehtiyac qalmasın”.

Prezidentin çıxışından aydın sezilir və məlumdur ki, söhbət Rusiyadan gedir. Çünki Rusiya 2014- cü ildə Gürcüstanın NATO və Avropa birliyi ilə əməkdaşlığının acığına bu ölkənin ərazisini işğal edərək iki qondarma respublika yaratdı. Hələ də Gürcüstan hakimiyyəti ölkənin ərazi bütövlüyünün təmin olunmasına çalışır... Ona görə də Gürcüstanda da hesab edirlər ki, bu işğala son qoymaqda yeganə çıxış yolu Rusiyanın Ukrayna müharibəsində məğlub olmasıdır...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN