booked.netbooked.net booked.net  

"Əks-hücum və müdafiə əməliyyatları davam edir və Ukrayna hərbçilərinin əhval-ruhiyyəsi müsbətdir".

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukrayna prezidenti Volodimir Zelenski belə deyib. O, həmçinin ukraynalıları “Telegram kanallarına” və “xüsusən də Putinə” etibar etməməyə çağırıb. Zelenski bildirib ki, əks-hücumun başlaması ilə bağlı sosial şəbəkələrdə və mediada çoxlu məlumatlar yayılıb, həmçinin Rusiya prezidenti Vladimir Putin bununla bağlı açıqlama verib: “Rusiyanın məğlub olmasına çox vaxt qalmadığını daim hiss etməsi vacibdir. Ukraynada əks-hücum və müdafiə tədbirləri davam edir, hansı mərhələdə olduğunu təfərrüatları barədə qarşıda bildirəcəm. Biz hərbçilərimizə güvənməliyik və mən də onlara güvənirəm, komandirlərimizlə hər gün müxtəlif istiqamətlərdən əlaqə saxlayıram. İndi hamı pozitivdir”, – deyə Zelenski bildirib. Ukrayna prezidenti həmçinin, Kaxovka su elektrik stansiyasının partlaması ilə bağlı dünyanın bəzi səviyyələrində biabırçı laqeydlik olduğunu bildirib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN