Türkiyə nümayəndə heyəti 2024-cü ildə İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) iştirakdan imtina edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən məlumat yayıb.

Jurnalistlərin fikrincə, bu il tədbirin əsas mövzuları Yaxın Şərqdə sülh danışıqları olacaq. Bundan əlavə, görüş iştirakçıları Ukrayna böhranının həlli məsələsinə diqqət yetirəcəklər.

Forumda Türkiyə nümayəndə heyətinin tərkibində respublikanın maliyyə naziri Mehmet Şimşək iştirak etməli idi. Lakin ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatla bağlı tənqidi mövqeyinə görə bu tədbirə dövlət nümayəndələrini göndərməmək qərarına gəlib, - Bloomberg məlumat yayıb.

Yanvarın 5-də Türkiyə lideri Ankaranın başqa dövlətlərin hücumuna məruz qaldığını bildirib. Onun sözlərinə görə, buna səbəb respublikanın Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyi və beynəlxalq ictimaiyyəti Fələstin xalqını müdafiə etməyə açıq çağırışları olub.

​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN