ABŞ-ın sabiq prezidenti Tramp Respublikaçıların Ayova ştatında keçirilən praymeriz üçün ilkin səsvermənin nəticələrinə görə bütün namizədlər arasında liderdir.

Tezadlar.az "Rossiya24"ə istinadla xəbər verir ki, seçicilərin 70%-dən çoxu ona səs verib ki, bu da digər namizədləri xeyli qabaqlayır. İkinci yerdə Respublikaçıların 15%-dən çoxu tərəfindən dəstəklənən Florida qubernatoru Ron DeSantis qərarlaşıb. BMT-dəki keçmiş daimi nümayəndə Nikki Heyli və iş adamı Vivek Ramasvami müvafiq olaraq 5,3% və 4,1% səs toplayıb. Ayova Respublikaçı qrup toplantıları bazar ertəsi keçirilir və partiyanın prezidentliyə namizədinin müəyyən edilməsində ilk addımdır.

Amerikanın CNN, NBC və Fox News telekanalları da ABŞ-ın keçmiş prezidenti Donald Trampın Ayova ştatında keçirilən ilkin seçkilərdə qalib gələcəyini proqnozlaşdırıb. Telekanallar proqnozlarını ilk səsvermənin nəticələrinə və öz təhlillərinə əsaslandırır.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə bildirib: “Bir neçə dəqiqədən sonra çox layiqli rəqibləri məğlub etdiyimi elan etmələri böyük şərəfdir. Bu, möhtəşəm hadisə və möhtəşəm hissdir”.

Nümayəndələr Palatasının spikeri Mayk Conson keçmiş prezident Donald Trampın qələbəsini alqışlayıb: "Onun bu axşamkı qəti və tarixi qələbəsi partiyamızı birliyə yaxınlaşdırmalıdır ki, noyabrda (prezident seçkiləri - Qeyd) yekun qələbə qazana bilək", - Conson bildiri

 

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN