booked.netbooked.net booked.net  

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Tezadlar.az "Azərsun Holdinq"in saytına istinadla bildirir ki, Azərbaycan çempionu Portuqaliya klubu “Braqa” ilə qarşılaşacaq. İlk görüşdə rəqibini səfərdə 4:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi bu dəfə doğma azarkeşləri önündə - Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxacaq. Qurban Qurbanovun kollektivi üstünlüyünü qoruyaraq, 1/8 finala adlamaq və yeni tarix yazmaq arzusundadır.

Bu gün saat 21:45-də başlayacaq matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunu

22 fevral

21:45. “Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya)

Baş hakim: Georgi Kabakov (Bolqarıstan).

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 4:2.

Komandamıza uğurlar arzulayırıq...

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN