booked.netbooked.net booked.net  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya lideri Bəşər Əsəd yaxın vaxtlarda Rusiyanın paytaxtında danışıqlar apara bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti jurnalist Çetiner Çenin məlumatlarına istinadən məlumat yayıb.

Materialda görüşün Rusiya prezidenti Vladimir Putinin köməyi ilə baş tuta biləcəyi qeyd edilir. Nəşrin məlumatına görə, tədbirin yekun tarixi onun Türkiyəyə səfəri zamanı razılaşdırılacaq.

“Tezliklə Putin Türkiyəyə gələcək, səfərin nəticələrinə əsasən tarix təyin olunacaq və Moskvada Ərdoğanla Əsəd arasında görüş təşkil olunacaq. Şəxsən mən hadisələri məmnuniyyətlə və maraqla izləyirəm”, – deyə qəzet Çenin sözlərindən sitat gətirib.

Lakin Türkiyə rəhbərliyi hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Rusiya prezidenti fevralın 26-da türkiyəli həmkarına zəng edərək onu 70 illik yubileyi münasibətilə təbrik edib. Söhbət zamanı Putin Ərdoğanın ölkədə və dünyada yüksək nüfuzunu qeyd edib, həmçinin onun Moskva ilə Ankara arasında dostluq əlaqələrinin inkişafındakı roluna diqqət çəkib.

Daha sonra respublika rəhbəri Rusiya lideri ilə söhbətin təfərrüatlarını bölüşüb. Ərdoğan deyib ki, Putin Türkiyəyə səfərini çox gecikdirməyəcəyinə söz verib.

​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN