booked.net booked.net  

“Bayraktar” pilotsuz təyyarə şirkətinin rəhbəri Səlcuq Bayraktar qayınatası Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın istefasından sonra Türkiyə prezidenti ola bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” üçün məqaləsində köşə yazarı Jared Malsin yazıb.

Məqalə müəllifi qeyd edib ki, ictimai rəy sorğularına əsasən, Ərdoğanın kürəkəni ölkədə ən populyar ictimai xadimlərdən biridir.

Onun sözlərinə görə, Səlcuq hazırkı prezidentin millətçi ritorikasını təkrarlayır, tez-tez Türkiyənin böyük keçmişini xatırladır və İsrailin Qəzzanı işğal etməsinə qarşı küçə etirazlarında iştirak edib.

Analitik qeyd edib ki, TB2 pilotsuz təyyarələri Ukrayna kampaniyası zamanı, Bakı ilə İrəvan arasında münaqişə zamanı, eləcə də Liviyada fəal şəkildə istifadə olunub.

Xatırladaq ki, Ərdoğan 20 ildən artıqdır ki, ölkəyə rəhbərlik edir. Növbəti prezidentlik müddətinin sonunda onun 74 yaşı tamam olacaq. Mütəxəssislər hesab edirlər ki, hazırkı müddət onun sonuncu müddəti olacaq - o, istefa verəcək və bu vəzifəni etibarlı varisə buraxacaq.

Yaxın Şərq ekspertləri qeyd edirlər ki, liderin öz övladları “müxtəlif səbəblərə görə, prezidentlik üçün real şansları yoxdur”. Bu baxımdan, analitiklər əmindirlər ki, bu postu “türk İlon Mask” Səlcuq Bayraktar tuta bilər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN