booked.net booked.net  

İrəvanın KTMT Nizamnaməsinə uyğun olaraq üzərinə götürdüyü maliyyə öhdəlikləri ləğv edilməyib.

TEZADLAR.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi diqqətə çatdırıb.

Daha əvvəl  Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bəyan etmişdi ki, Ermənistan 2024-cü ildə  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməyəcək.

RİA Novosti-nin suallarını cavablandıran Rusiya XİN isə qeyd edib ki, bu, dünya praktikasıdır: beləliklə, hər hansı bir tərəfin təşkilat üzvlüyünə xitam verib-verməməsindən asılı olmayaraq, vəsaitlərin yığılması davam edir.

Qeyd edək ki, ötən gün Moskva erməni diplomatın Buçaya səfəri ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Rusiya Xarici İşlər Nazirliyi bu səfərin qeyri-dost addım olduğunu vurğulayıb.

“Biz paytaxtın Nor-Nork inzibati dairəsinin rəhbərləri Tiqran Ter-Marqaryan və Ermənistan diplomatik missiyasının rəhbərləri Vladimir Karapetyanın Buçi şəhərinə səfərini rəsmi İrəvanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk”, - deyə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Diplomat əlavə edib ki, belə davranışı İrəvanın rayonlarından birinin rəhbəri, qərbyönlü “Respublika”nın siyasi şurasında olan Tiqran Ter-Marqaryandan gözləmək olar. 

“Ermənistan hakimiyyətinin bununla həmrəy olması təəssüf doğurur”, - deyə Zaxarova diqqətə çatdırmışdı.

Xatırladaq ki, Ermənistan hakimiyyəti son vaxtlar sistemli şəkildə KTMT və qismən də MDB çərçivəsində baş verən hadisələrə məhəl qoymur, eyni zamanda Avropa İttifaqına daxil olmaq istəyini açıq şəkildə ifadə edir.

Lakin Moskva KTMT qarşısındakı maliyyə öhdəliyini bir daha İrəvanın yadına salıb...

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN