booked.netbooked.net booked.net  

...Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında “Bir millət, iki dövlət” ənənəsinə sadiq qalaraq həm də Azərbaycanın ümummilli maraqlarından çıxış etdi...  Ərdoğanın dünyanın ən ali kürsüsündən beynəlxalq ictimaiyyətə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini və BMT-nin qətnamələrinin Azərbaycanın birbaşa özü tərəfindən yerinə yetrirməsini diqqətə çatdırması qürurverici hadisə kimi yadda qaldı. Professor Vaqif Abdullayev bu barədə təəssüratlarını belə bölüşüb:
- Türkiyə Prezidenti həm də Azərbaycan adından danışdı, Azərbaycanın dünyanı heyrətləndirən Zəfərindən söz açdı. Cənab Ərdoğanın “Azərbaycan öz qanuni müdafiə hüququndan istifadə edərək və BMT Təhlükəsizlik Şurasının icra edilməmiş qətnamələrini həyata keçirərək öz torpaqlarının işğalına son qoydu” bəyanatı regionun güclü ölkəsi olan Azərbaycanın qətiyyətinin və əzmkarlığının işarəsi idi. Bu bəyanatın məğzi həm də ondan ibarətdir ki, BMT 30 ilə yaxın bir dövrdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamələrin icrasına hörmət etmədi, özünün prinsipial mövqeyini ortaya qoymadı, ancaq Azərbaycan və onun Siyasi lideri qalib Sərkərdə İlham Əliyev möhkəm iradəsi ilə təcavüzkar Ermənistanı işğal etdiyi torpaqlardan qovdu. Azərbaycan özünün qətiyyəti sayəsində BMT-nin yerinə yetirmək istəmədiyi işi icra etdi, beynəlxalq hüququn aliliyini təmin etdi.
Ərdoğanın çıxışında ən mühüm siyasi mesajlardan biri də dünya birliyinin ikili standartlarla idarə edilməsi, BMT-də təsir imkanlarına malik güclərin ədalətsizliyə göz yumması və 30 ilə yaxın bir tarixi dövrdə Ermənistanın təcavüzkar siyasətinə laqeyd qalması ilə bağlı idi. Bu cəsarətli çıxış, eyni zamanda, erməni lobbisinin maraqlarına xidmət edən bəzi dövlətlərin başçılarının riyakarlığını ifşa edən sərrast nitq idi.
Türkiyə Prezidenti qardaşı İlham Əliyevlə həmfikir olduğu mühüm mesajları da diqqətə çatdırdı. Cənab İlham Əliyevin Vətən savaşında parlaq Qələbədən sonra regionda yeni siyasi reallıqlar yaratmasına işarə edərək “regionda uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar yaranıb. Türkiyə tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək niyyətindədir” fikri ilə Azərbaycanın bölgədə sülh və təhlükəsizlik təşəbbüskarlığını bəyan etdi. “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” tarixi bəyanatına söykənərək xatırlatdı ki, Türkiyə Azərbaycanın yanındadır və iki qardaş ölkə regionda sülh daşıyıcıdır və xoşniyyətli davranışları ilə bütün tərəfləri faydalı əməkdaşlığa dəvət edir. Ermənistanın nicatı da məhz bu masada yer almaqdan keçir. Dünya birliyinin və erməni lobbiçilərinin bu çağırışa qoşulmaqdan başqa yolları qalmayıb.
*** 
Bəli, Türkiyə ilə Azərbaycan həqiqətən də "Bir millət və iki dövlət olduğunu istər 44 günlük Zəfər müharibəsi ilə Qarabağdakı erməni işğalına biryolluq son qoymasında, istərsə də ötən bu bir illik beynəlxalq forumlardakı siyasi çıxışlarda, bəyanatlarda... sübut edib! Var olsun Türkiyə-Azərbaycan qardaşlığı!
Təqdim etdi: A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN