ABŞ, Böyük Britaniya, Almaniya, Fransa,

İtaliya, Kanada və Yaponiya liderləri G7 formatında danışıqlar aparmaq üçün iyunun 11-də Kornuoll qraflığında yerləşən Karbis-Bey kurort şəhərində toplanıb.

“Yeddilər qrupu”nun dövlət başçılarının sammiti iyunun 13-dək davam edəcək. Avstraliya, Hindistan, Cənubi Koreya və Cənubi Afrika Respublikası tədbirə qonaq ölkələr qismində çağırılıb.

Bu, "Covid-19" pandemiyası başladıqdan sonra G7 liderlərinin ilk üz-üzə sammitidir. Görüşün nəticələri üzrə birgə bəyanatın veriləcəyi gözlənilir.

Görüşün dərc olunan gündəliyinə əsasən, liderlər iyunun 11-də pandemiyadan sonra iqtisadiyyatın bərpasını, iyunun 12-də geosiyasi problemləri, həmçinin ticarət və inkişaf məsələlərini müzakirə edəcəklər. Bazar günü danışıqların mövzusu Rusiya və Çin ilə bağlı olacaq.

Görüşü G7-yə rəhbərlik edən Böyük Britaniya təşkil edir. Bundan öncəki “Yeddilər sammiti” 2019-cu ildə Fransanın Biarrits şəhərində keçirilmişdi.

Liderlərin görüşünün böyük hissəsi bağlı qapılar arxasında keçiriləcək, lakin mətbuata açıq tədbirlərin də olacağı gözlənilir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN