booked.net booked.net  

Tanınmış erməni fəal, hərbi məsələlər üzrə araşdırmaçı Aram Gevorqyan növbəti dəfə Nikol Paşinyanın ailəsini hədəf seçib.

O, yerli mediaya verdiyi açıqlamada ermənilərin Anna Akobyana təşəkkür etməsini qınadığını bildirib.

"Bu gün Tavuşda Anna Akopyana bir buket çiçək hədiyyə edərək dedilər: "Müharibəni dayandırdığınız və uşaqlarımızı xilas etdiyiniz üçün yaşayın!". Əli minlərlə oğlanın qanına batmış Annaya müharibəni dayandırdığına və onların həyatlarını xilas etdiyinə görə təşəkkür edirlər...

Deyək ki, uşaqlarınızın həyatını xilas etdi. Bəs niyə başqa uşaqları qurban verdi? 44 gündə 6-7 min insanı "ətçəkən" maşına göndərdikdən sonra, yerdə qalanlarını “xilas” etdiyi üçün onlara hələ də təşəkkür edirsiniz? Heç olmasa sakit durun. Kilsədə bir şam yandırın, övladınızın sağ-salamat qayıtdığına görə Tanrıya şükür edin və susun.

Nə Nikol, nə də Anna əsgərlərin heç birinin həyatını xilas etmədi. Əksinə, başqalarını öldürdülər və hələ də saylarını gizlədirlər. Sən necə xilaskarsan? Sən ölüm və acının simvolusan...", - deyə erməni fəal bildirib.

Azvision.az xatırladır ki, Aram Gevorqyan öz araşdırmaları ilə bu günə kimi müharibədə ölmüş, lakin gizli saxlanılan xeyli sayda itkini üzə çıxarıb və bununla dövlət qurumlarının yalanlarını ifşa edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN