booked.netbooked.net booked.net  

Ukrayna bir neçə həftədir ABŞ-dan gəmi əleyhinə raketlər və digər sahil müdafiə silahları istəMƏKDƏDİR...

"Təzadlar" bildidir ki, bu barədə amerikalı rəsmilər "New York Times" qəzetinə açıqlamalarında söyləyiblər. Məlumatda qeyd olunur ki, Birləşmiş Ştatlar bu həftə açıqlanan 800 milyon dollarlıq hərbi yardım paketinə sahil müdafiə silahlarını əlavə etməklə bu tələbə cavab verib. Çərşənbə günü keçirilən görüşdə Pentaqonun yüksək rütbəli rəsmiləri, həmçinin ABŞ hərbi podratçılardan ABŞ-ın ukraynalılara və ya Amerika müttəfiqlərinə verə biləcəyi əlavə gəmi əleyhinə raketlərlə bağlı təkliflər irəli sürməyi xahiş ediblər. Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı olan "Moskva"ya hücumu sahildən buraxılan gəmi əleyhinə raketlərin gücünün bariz nümayişi idi və ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisinin sözlərinə görə, Ukraynanın daha çox belə silah tələb etdiyini göstərib. Amerika rəsmiləri isə Moskvanın Amerika istehsalı olan silahlarla deyil, cəmi iki Ukraynnın "Neptun" raketi ilə batırıldığını bildiriblər. Hansı ki, Rusiya hələ də "Moskva"dakı yanğının Ukraynanın hücumundan deyil, adi qəza olduğunu iddia etməkdə davam edir.
Hərbi dəniz mütəxəssisləri isə kosmosdan çəkilmiş görüntülərlə "Moskva"nın hansı koordinatlarla vurulduğunu təsdiq edən kosmik görüntüləri təqdim ediblər. Ukrayna rəsmiləri gəmidəki bütün heyətin məhv edildiyini bildidirlər.
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN