Rəsmi Vaşinqton Ermənistan və Azərbaycan arasında dialoqu alqışlayır, cümə günü Dövlət Departamentinin sözçüsü Ned Prays TURAN-ın qarşıdan gələn Əliyev-Paşinyan görüşü ilə bağlı sualını cavablandırarkən deyib.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, ABŞ Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə “sadiq qalır”. Sitat: “Biz bu dialoqu davam etdirməyə və tərəflər arasında birbaşa fəaliyyət mexanizmlərindən istifadə etmək və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli yollarını tapmaq və hərtərəfli sülh sazişi bağlamaqla normallaşdırmaga çağırırıq".

Diplomat əlavə edib: "Biz ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistana və Azərbaycana bu səylərdə kömək etməyə hazırıq”.

Xatırladaq ki, Əliyev və Paşinyan bu həftəsonu Brüsseldə ötən ilin dekabrından bəri üçüncü dəfə görüşəcəklər. Azərbaycan torpaqlarını rus hərbi silahları sayəsində 30 illik işğalına nail olan, 2020-ci ildə Azərbaycan Ordusunun igidliyi sayəsində bu işğala son veriləndən sonra Ermənistan Azərbaycanın yaratdığı bölgə reallığı ilə razılaşmağa məhkum edildi. Ermənistanın yüz illər boyu arxası olmuş Rusiyanın Ukraynadakı işğalçı müharibəsi ilə düşdüyü dəhşətli və biabırçı vəziyyəti isə Ermənistana son xəbərdarlıq oldu ki, işğalçının və işğalçılığın sonu belə olur...

A.Məmmədli 


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA