Gürcüstanın Baş naziri təsdiqlədi ki, Saakaşvili saxlanılıb...
..."Təzadlar" bir həftədir yazır ki, Saakaşvili Gürcüstana gələn kimi həbs ediləcək, amma siyasi hakimiyyət daha sərt tədbirlərə nədənsə əl atmaq fikrində deyil...
..."Təzadlar" bir həftədir yazır ki, Saakaşvili Gürcüstana gələn kimi həbs ediləcək, amma siyasi hakimiyyət daha sərt tədbirlərə nədənsə əl atmaq fikrində deyil...
"Xüsusilə vurğuladığım başqa bir məsələ də PKK/YPG-nin Moskvada olması idi."
...Deyəsən, Saakaşvili Gürcüstana mütləq qaydada gələcək. Bu barədə artıq ölkə müxalifətinin liderləri də danışır, qarşılamaq üçün hazırlıq da görürlər. O biri tərəfdə isə hakimiyyət onun həbsinə hazırlaşır...
***
"Saakaşvili ölkəyə gələcək və həbs olunacaq, lakin Gürcüstanlılar və beynəlxalq tərəfdaşlarımız Mixeil Saakaşvilini uzun müddət həbsxanada saxlamayacaq". Bu sözləri isə "Vahid Milli Hərəkat"ın millət vəkili Roman Qoçiridze, Saakaşvilinin gəlişini şərh edərkən deyib. Onun sözlərinə görə, təyyarənin ölkəyə enməsinə icazə verilməsə bu, beynəlxalq səviyyədə skandal və cinayət olar: "Saakaşvili gəldiyi zaman hökumətin təyyarəni başqa yerə endirmək niyyətində olduğu deyilir. Lakin onların ağılı yoxdur, bu baş verərsə beynəlxalq səviyyədə skandal və cinayət olar. Təyyarəni Rusiyaya, Putinin yanınamı endirmək fikirləri var? Geriyə Yerevan və Trabzon qalır, hava şəraiti imkan verdiyi halda 200 insanın həyatını təhlükəyəmi atacaqlar? Məsələ çox asandır, Saakaşvili ölkəyə gələcək və həbsxanaya gedəcək. Gürcüstanlılar və beynəlxalq tərəfdaşlarımız Mixeil Saakaşvilini uzun müddət həbsxanada saxlamayacaq, onun azad olması sadəcə zaman məsələsi olacaq. Həm ölkədə, həm də xaricdə Gürcüstanda məhkəmənin olmadığını, ona qarşı irəli sürülən ittihamların siyasi məqsəd daşıdığını hamı bilir", - deyə R. Qoçiridze bildirib. Xatırladaq ki, iki gün öncə Mixeil Saakaşvili 2 oktyabr axşam saat 23:05-də Tbilisidə olacağını açıqlayıb. O, bununla bağlı artıq təyyarə bileti aldığını bildirib və biletin şəkilini paylaşıb.
Onun Gürcüstana gəlişinə isə iki gün qalır...
A.Məmmədli
"Əminəm ki, bu gün biz gələcəyimizlə bağlı bir çox məsələləri müzakirə edəcəyik".
"Mən əminəm ki, bu iclasda bir çox mühüm sahələr əhatə olunacaq, görülmüş işlərə nəzər salınacaq və gələcək addımlarımız planlaşdırılacaq".