booked.netbooked.net booked.net  

İrəvanın ab-havası Türkiyəli idmançıya da düşmədi...

Tezadlar.az Haber-Türk-ə istinadla bildirir ki, dünən aprelin 16-da Türkiyə idmançısı Bayav Pelinsu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatı zamanı huşunu itirib. Belə ki, 49 kq çəki dərəcəsində mübarizə aparan 21 yaşlı ağırlıqqaldıran ştanqaya yaxınlaşaraq onu bir neçə saniyə qaldırıb. Lakin o, qəfildən ştanqı yerə atıb və huşunu itirib. Türkiyəli idmançıya dərhal tibbi yardım göstərilib.

Qeyd edək ki, aprelin 15-dən aprelin 23-dək İrəvanda ağır atletika üzrə Avropa çempionatı keçirilir. Yarışda 400-ə yaxın idmançı iştirak edir. Bu yarışda Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edir. Paşinyanın iştirak etdiyi yarışlar zamanı Azərbaycanın bayrağı təxribatçılardan biri tərəfindən yandırılıb. Buna etiraz olaraq Azərbaycanı təmsil edən idmançılar yarışı tərk ediblər. Azərbaycan Baş Prokurorluğunda bu vandalizm hadisəsi ilə bağlı fakt üzrə cinayət işi başlanıb.

A.Məmmədli 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN