Azərbaycan İdman Jurnalistləri  Assosiasiyasının (AİJA) təşkilatçılığı Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə qardaş Türkiyədə ÜmummilliLider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş futbol matçı reallaşacaq

AİJA-nın bu xoşməramlı qarşılaşmanın həyata keçirilməsi təşəbbüsü ilə "Qalatasaray" Futbol Klubu rəhbərliyinə müraciəti müsbət qarşılanıb.  Qardaşlıq görüşündə "Qalatasaray"ın əfsanəvi futbolçularının qatıldığı komanda AİJA milli yığması ilə üz-üzə gələcək.

ef2f8ee3-826c-46ba-ab87-9f4826e9a4ae

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından Azərinforma bildiriblər ki, AİJA-nın xoşməramlı görüşün həyata keçirilməsi təşəbbüsü "Qalatasaray" İdman Klubunun rəhbərliyi tərəfindən müsbət qarşılanıb. Bu gün klubdan AİJA-ya göndərilən məktubda türk dünyasının iftixarı, Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyi şərəfinə keçiriləcək qardaşlıq görüşünün məhz 17 mayda – "Qalatasaray"ın UEFA kuboku qazanmasının 23 illiyinin tamam olduğu gündəmöhtəşəm bir məkanda – Florya Metin Oktay təsislərində reallaşacağı qərara alınıb.

Arkadaşlıq görüşündə "Qalatasaray"ın əfsanəvi futbolçularının qatıldığı komanda AİJA milli yığması ilə üz-üzə gələcək.

AİJA komandasına uğurlar arzulayırıq! 

A.Məmmədli

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 05 September 2023
By Elçin Məmmədli
IMAGE
QEYRƏTLİ, ŞANLI, ŞƏHİDİM
Wednesday, 27 September 2023
By Şakir Qurbanov

İDMAN