Bu gün Peşəkar Çövkən Liqası ilə əlaqədar Binə Atçılıq Mərkəzində mətbuat konfransı keçirildi.

TEZADLAR.AZ xəbər verir ki, Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev jurnalistlərə ölkəmizdə ilk dəfə təşkil olunacaq Peşəkar Çövkən Liqasının qaydaları və komandalar barədə ətraflı məlumat verdi.

Bildirildi ki, Liqada 10 komanda (Ağstafa Dilbaz, Elit, Embavud, Köhlən, Qarabağ, Omar, Polad, Sərhədçi, Şirvan və Zəfər Çövkən Komandaları) iştirak edəcək.

Bəhruz Nəbiyev diqqətə çatdırdı ki, komandaların püşkatması olacaq, lakin püşkatmanın nəticəsindən asılı olmayaraq, hər komanda digər komandalar ilə qarşılaşacaqlar. Belə ki, hər komanda digərləri ilə iki dəfə üz-üzə gələcək və xal prinsipi olacaq.

  Püşkatmanın nəticələrinə görə ilk turda -

"Sərhədçi" - "Ağstafa Dilbaz"
"Polad" - "Zəfər"
"Ömər" - "Embavud"
"Elit" - "Köhlən"
"Şirvan" - "Qarabağ" komandaları qarşılaşacaqlar.

                                                                                            

a

Xatirladaq ki, çempionatın açılış mərasimi mayın 21-də, saat 14:00-da Binə Atçılıq Mərkəzində baş tutacaq və oyunlara giriş sərbəst olacaq.

 Qeyd edək ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevdir.

 

 

Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN