booked.net booked.net  

Atların qiymətində ciddi artım müşahidə olunur.

 TEZADLAR.AZ xəbər verir ki, bu fikri Azərbaycan Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev Peşəkar Çövkən Liqası ilə əlaqədar Binə Atçılıq Mərkəzində bu gün keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, buna səbəb  2019-cu ildə verilən qərara əsasən, Azərbaycan Respublikası ərazisində keçirilən yarışlarda yalnız  DNA testi yoxlanılmış milli cins atlardan istifadə olunmasıdır.

 Bəhruz Nəbiyev  həmçinin vurğulayıb ki, federasiya  daim sponsor axtarışındadır, ona görə ki, başqa gəlir yeri yoxdur.

Xatirladaq ki, çempionatın açılış mərasimi mayın 21-də, saat 14:00-da Binə Atçılıq Mərkəzində baş tutacaq və oyunlara giriş sərbəst olacaq.

a

a

a

 

Y.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN