booked.net booked.net  

UEFA Çempionlar Liqasında final oyunu keçirilib.

Tezadlar.az CBc- İdmana istinadla xəbər verir ki, İngiltərənin paytaxtı Londondakı “Uembli”də keçirilmiş görüşdə Almaniyanın Dortmund “Borussiya” və İspaniyanın “Real Madrid” komandaları üz-üzə gəlib.

Sloveniyalı referi Slavko Vinçiçin idarə etdiyi qarşılaşma “kral klubu”nun qələbəsi ilə yekunlaşıb – 2:0. Matçda hər iki qol ikinci hissədə vurulub. 74-cü dəqiqədə Dani Karvaxal topu başla tora göndərib, 83-cü dəqiqədə isə Vinisius Junior fərqlənib.

Beləliklə, “Real Madrid” 1 illik fasilədən sonra və tarixində 15-ci dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti üçün isə bu dördüncü tituldur. Daha öncə italiyalı mütəxəssis 2022/2023 mövsümündə Yürgen Kloppun “Liverpul”unu yenərək “Real Madrid”i 14-cü dəfə çempion edib. Eyni zamanda, o, 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya “Milan”ı ilə də bu titulu əldə edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN