Bədii gimnastika üzrə “Montenegro Cup” beynəlxalq turniri başa çatıb. Azərbaycan yığması turnirdə 17 medal (6 qızıl, 5 gümüş, və 6 bürünc) qazanıb.
Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, böyüklər arasında Mədinə Dəmirova halqa, gürzlər, lent və topla çıxışda turniri 2 qızıl və 2 bürünclə başa vurub. Zəhra Cəfərova isə halqa və lentlə bürünc qazanıb.
Gənc gimnastlardan Nilufər Oruclu 2 qızıl (halqa və top), Şəms Müvəffəqi 1 qızıl, 2 gümüş və 1 bürünc (top, gürzlər, lent və halqa), Mədinə Abbaslı isə 3 bürünc (top, gürzlər və lent) əldə ediblər. Yeniyetmələr arasında isə Nur Sadıqova qızıl, Məryəm Baloğlanova bürüncə sahib çıxıblar. Hər iki gimnast bu uğura gürzlərlə çıxışda nail olub.
R.XUDATQIZI