booked.net booked.net  

İyunun 10-da “Gənclər Paytaxtı” Lənkəranda Gənclər və İdman, Elm və Təhsil, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun final mərhələsi keçirilib. Tədbir hərbi orkestrin ifası ilə təntənəli marşla məktəblilərin mərkəzi meydana daxil olması ilə başlayıb.

Nazirlikdən Tezadlar.az-a verilən məlumata görə, tədbirdə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Ümumtəhsil məktəblərinin X sinif şagirdləri arasında keçirilən yarışda 9 komanda sıra, fiziki, mülki-müdafiə hazırlığı və maneələrin dəf olunması, eləcə də digər mərhələlər üzrə tapşırıqları icra ediblər.

Yekun nəticələrə əsasən Xaçmaz birinci olub. Oğuz və Sabunçu rayon komandaları müvafiq olaraq ikinci və üçüncü layiq görülüblər. Qaliblər diplom, kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Qaliblərin mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, tərəfdaş qurumlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.

R.XUDATQIZI

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN