booked.netbooked.net booked.net  

Qazaxıstan hökumətinin 28 noyabr 2022-ci il tarixli qərarında deyilir ki, dekabrın 1-də qeyd olunan Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü bayramlar siyahısına daxil edilib.

“AiF-Qazaxstan”ın yaydığı məlumata görə, Qazaxıstanda bayramların siyahısına aşağıdakı bənd əlavə edilib:

44-1. Dekabrın 1-i Qazaxıstan Respublikasının Birinci Prezidenti Günüdür.

Qeyd edək ki,  Qazaxıstan Milli Məclisinin sentyabrın 29-da keçirilən plenar iclasında “Kinematoqrafiya və mədəniyyət haqqında” qanuna dəyişikliklərə baxılıb.

Qanun layihəsi üzərində işin gedişində deputatlar dövlət başçısının Milli Qurultayın 2022-ci il iyunun 16-da keçirilən iclasında verdiyi tapşırıqları yerinə yetirmək üçün “Qazaxıstan Respublikasının Qanununa aşağıdakı dəyişikliklər edilib:

 Qazaxıstan Respublikasında bayram günləri : 25 oktyabrı Milli bayram – Respublika Günü, 16 dekabr – Müstəqillik Gününü isə dövlət bayramı kimi müəyyən edilsin.

Həmçinin qeyd edilib ki,1 dekabr - Birinci Prezident Günü dövlət bayramları siyahısından çıxarılsın və istirahət günü deyil, indi həmin gün yenidən bayram günüdür.

Xatırladaq ki, Qazaxıstanın ilk prezidenti 1991-ci il dekabrın 16-dan 2019-cu il martın 20-dək bu vəzifəni tutmuş Nursultan Nazarbayevdir.

Vaxtilə qeyd olunan bayram - dekabrın 1-i tarixi də  təsadüfi seçilməyib. Məhz 1991-ci ilin bu günü Qazaxıstanda ilk xalq seçkiləri keçirilib və bu seçkilərdə Nazarbayev 98,7% səs qazanıb.

1991-ci il dekabrın 16-da Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət müstəqilliyini elan etdi və Nursultan Nazarbayev Qazaxıstan Respublikasının ilk prezidenti oldu.

Birinci prezidentin 6 may 1998-ci il tarixli fərmanı ilə Akmola şəhərinə Astana adı verildi və 21 ildən sonra bu şəhər Nazarbayevin şərəfinə Nur-Sultan adlandırıldı.

2010-cu il iyunun 15-də isə Nursultan Nazarbayevə  - millətin lideri (Elbası) statusu verildi.

JASMİN

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN