booked.netbooked.net booked.net  

Qırğızıstan Prezidenti Sadır Japarov “Türk dünyasının birliyinə töhfəyə görə” mükafatını respublikanın tanınmış və görkəmli mədəniyyət xadimi Çingiz Aytmatovun ailəsinə böyük sevinclə təqdim edib.

Tezadlar.az manas.news-a istinadla bildirir ki, Prezident Bişkekdə Çingiz Aytmatovun Ev-Muzeyini ziyarət edib, qırğız yazıçısının ailəsinə ölümündən sonra təltif olunan Əlişir Nəvai adına “Türk dünyasının birliyinə töhfəyə görə” beynəlxalq mükafatını təqdim edib. Dövlət başçısı planetar şəxsiyyət olan Çingiz Aytmatov kimi dahi insanın həmyerlisi və müasiri olmaqdan qürur duyduğunu vurğulayıb. Aytmatovun yaxınları ilə səmimi söhbət edən Sadır Cəfərov yenidənqurmadan sonra ev-muzeyi və buradakı eksponatlarla tanış olub. Çingiz Aytmatovun oğlu Eldar Aytmatov prezidentə muzey, atasının həyat və yaradıcılığı haqqında məlumat verib. O, Sadır Cəfərova səfərinə və təltif olunan mükafatı yazıçının ev-muzeyinə şəxsən təqdim etdiyinə görə minnətdarlığını bildirib. Söhbət zamanı dövlətimizin başçısı və Eldar Aytmatov 2023-cü ildə yazıçı Çingiz Aytmatovun 95 illik yubileyinə həsr olunmuş tədbirləri müzakirə ediblər. Sadır Cəfərov vurğulayıb ki, Çingiz Aytmatov zəmanəmizin böyük şəxsiyyətidir. Yazıçının yaradıcılığı əbədiyaşar mirasdır, ümumi mülkiyyətdir. Yazıçının yubileyi ilə bağlı təşkil olunan bütün tədbirlər yüksək səviyyədə keçirilməlidir. Xatırladaq ki, noyabr ayında Səmərqənddə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin başçılarının IX Zirvə toplantısı çərçivəsində Əlişir Nəvai adına “Türk dünyasının birliyinə töhfəyə görə” mükafatının təqdimetmə mərasimi keçirilib.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN