2023-cü ildə keçiriləcək “Avroviziya” Mahnı Müsabiqəsində Gürcüstanı milliyyətçə erməni müğənni, "Voice" musiqi layihəsinin qalibi İra Xeçanova təmsil edəcək.
İranın “Avroviziya- 2023”-ə gedəcəyi layihə mövsümünün əvvəlində məlum olub. Finalda İra Xeçanova, Giorgi Datiaşvili, Tako Kakalaşvili, Tina Datikaşvili, Lika Siradze, Likuna Tutisani, Anka Tataraşvili və Kaxa Aslamazaşvili iştirak ediblər.
Səsvermənin nəticələrinə görə, İra tamaşaçılardan maksimum səs toplayıb - 21,88%. Beləliklə, o, bu il Gürcüstandan beynəlxalq yarışa yollanacaq.
Onu da əlavə edək ki, 22 yaşlı Xeçanova Tbilisi ermənisidir.
Musiqi yarışması yazda Liverpulda keçiriləcək, final isə mayın 13-nə planlaşdırılıb.
Qeyd edək ki, 2023-cü ildə Böyük Britaniyada keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan da təmsil olunacaq. İctimai Televiziya və Radio Yayımları Şirkəti Azərbaycanın “Avroviziya 2023”də iştirakını təsdiqləyib. Ötən il İtaliyanın Turin şəhərində keçirilən “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanı “Fade to Black” mahnısı ilə Nadir Rüstəmli təmsil edib. O, 106 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Və gözlənildiyi kimi, Ukrayna 66-cı “Avroviziya-2022” mahnı müsabiqəsinin qalibi olub.
JASMİN