booked.net booked.net  

"Təhsil Araşdırmalar Mərkəzi"nin dəyərləndirməsinə əsasən, 2020-ci ilin ən yaxşı kitabı seçilən "Haradan Başlamalı" olub.
"Haradan başlamalı" teoloq-alim Hacı Şahin Həsənlinin ilk kitabıdır. Kitab ötən il "Parlaq imzalar"a məxsus "İrşad" nəşriyyatında nəşr olunub. Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində nə qədər populist səslənsə də, insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı?

Kitabda, bu suallara cavab axtarılır. Həmçinin "günah", "cəhənnəm", "kafir" kimi neqativ anlayışlara, yeni, çağdaş insanın dərdinə dəyəcək mənalar verilir, mənəvi mövzuların praktik həyatda canlı qalması üçün dərin təhlillər aparılır.

Qeyd edək ki, kitab Hacı Şahinin özü tərəfindən qələmə alınıb, xütbələrinin məhsulu deyil.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN