booked.netbooked.net booked.net  

 “Polisə Dəstək” İctimai Birliyi QHT Agentliyinin maliyyə yardımı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi  şəhər filialında “İnsan Alverinə qarşı mübarizə  və ictimai təşəbbüslər”  mövzusunda geniş  maarifləndirmə tədbiri  keçirmişdir.

Birliyin sədri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev "Təzadlar"a açıqlamasında bildirdi ki, növbəti tədbir ADPU-nun  Ağcabədi   filialında keçirilib: "Bu tədbiri direktor müavini,  iqdisad üzrə fəlsəfə doktoru Mobil  Məcidov  açdı,  “İnsan alveri” – cinayətlərinin Transmilli Mütəşəkkil cinayətkarlığın ağır növü kimi ictimai münasibətlərə zidd, zərərli nəticələri barədə iştirakcılara qısa məlumat verdi...".

Sonra o, sözü layihənin rəhbəri kimi “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsədiin Əliyevə vermişdir. Ş.Əliyev İnsan Alveri cinayətlərinin insan hüquq və azadlıqlarına, şəxsin iradə azadlığına qarşı törədilən  mürəkkəb sosial hadisələr  barədə danışmış,   bu cinayətlərin meydana gəlməsinə zəmin yaradan səbəblərlə yanaşı, məişət zorakılıqları və  ictimai mənəviyyata zidd hallar ətrafında iştirakçılara məlumat vermişdir.  Sonra Layihənin ekspert -  hüquqşunası  Aydın Kərimov insan –alveri cinayətlərinə qarşı mübarizədə cəmiyyətin iştirakı və bu cinayətlərin  bəşəri dəyərlərə vurduğu zərərin nəticələri barədə danışmışdır. Ağcabədi  şəhər Polis şöbəsinin  Rəisin şəxsi heyətlə işlər  üzrə  köməkcisi  polis polkovnik-leytenantı Vüsal Mirzəzadə  insan alveri cinayətlərinin profilaktikası məqsədilə gənclər arasında geniş maarifləndirmə  tədbirlərinin  həyata keçirilməsinin  zəruriliyini  diqqətə çatdırmışdır. Maraqla davam edən tədbirdə pedaqoji və tələbə heyətinə “İnsan Alveri...” kitabçaları paylanılmışdır. Tədbirin sonunda verilən  suallar  mahiyyəti üzrə cavablandırılmışdır.   

İnsan alverinə qarşı mübarizə təbii ki, daha çox maarifləndirmədən keçir. Bu cinayətin qurbanı olmamaq üçün hər kəs hüquqlarını bilməlidir...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN