booked.netbooked.net booked.net  

Tanınmış filoloq İlham Cəfərsoy Xankəndi Pedaqoji İnstitutu ilə bağlı maraqlı açıqlama verib...

İlham Cəfərsoy yazır:

-...1972-ci ildə APİ-nin tarix-filologiya fakultəsini fərqlənmə diplomu ilə bitirdim. Məni təyinatla APİ-nin filialı olan Xankəndi Pedaqoji İnstitutuna müəllim göndərdilər. O zamana qədər APİ-də erməni bölməsi var idi. Bölmə Qarabağa köçürüləndə tədris proqramları dəyişdirildi. Azərbaycan dilinin, tarixinin, coğrafiyasının erməni bölməsində tədrisinə qadağa qoyuldu. Aşxalusun göbəyindən çıxanlar o zaman Qarabağa təzə-təzə Artsax deməyə başlamışdılar. Mən onların səsini batırmaq üçün "Elm və həyat" yurnalında "Arsax" adlı məqaləmi çap etdirdim. Bütün institut bir-birinə dəydi. Bir qədər sonra Zori Balayanın kitabı nəşr olundu. O kitab ki, orada iddia olunurdu ki, Araz çayı erməni dilində mahnılar oxuyur. Ona cavab olaraq "Bir ulusun üç Arazı" adlı məqaləmi çap etdirdim. Urartu mixiyazılı mətnlərinə istinadən yazdım ki, Araz və Uruz Ön Asiyanın qədim Türk nəsilləridir. Urartu çarı Rusanın adı Uruz olmuşdur. Ermənilər iclaslarda bağıra-bağıra məni millətçilikdə ittiham etməyə başladılar. Farsiyan Jora adlı bir dekan dedi ki, 37-ci ildə sənin babanı hara göndərmişdiksə, indi özünü ora göndərəcəyik. Xoşbəxtlikdən əslən Göyçə mahalından olan Qəşəm Aslanovu Şuşa rayon partiya komitəsinə l katib təyin etdilər. Qəşəm müəllim məsələdən xəbər tutub məni Şuşaya çağırdı, məktəbli-gənclər şöbəsinə müdir qoydu. Xankəndində Qarabağ Universitetinin yaradılması haqqında prezident fərmanını dinləyib kitabların arasından o zaman çəkdirdiyim bir şəkli tapdım. Şəkilə baxa-baxa millətimə o zamankı saçlarımın tükü sayı uğurlar, ermənilərə iki sayı qədər uğursuzluqlar arzuladım...

*** 

Bəli, indi nəinki Xankəndi, Şuşa... Azərbaycana qayıdıb, həm də ötən illərimizin xatirələri özümüzə qayıtmaqdadır... Bundan sonra isə həm də reallıqlarla yaşamaq vaxtıdır!

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN