booked.netbooked.net booked.net  

 ...Vaxtilə “sevgi məktubları” dillər əzbəri olub. Elə indi də var o sevgi məktubları.

Təbii ki, internet üzərindən... O vaxtlarda, hələ qələm-kağızın dəbdə olduğu zamanlarda həmin məktubları yazmaq bir az çətin idi. Məktub ünvanına yetişincə məktub sahibinin ürək-göbəyi düşürdü. Bu “bir parça kağız”ın ələ keçəcəyindən, onun məhrəm sözlərinin kiminsə oxuya biləcəyindən bərk ehtiyatlanırdı. Ona görə də məktub sahibi ürəyindən keçənlərin hamısını kağıza köçürə bilmirdi. İndi buna nə var ki? Telefonda nə istəyirsən yaz, göndər! Cürbəcür “smayliklər”, işarətlər də öz yerində. Amma bu cür “məktub”ların sevgisi olmur, olsa da, fərqli...

***

Məsələ burasındadır ki, müasir insanın fəzaya, kainata, səmaya, təbiətə və təbiət hadisələrinə meyli azalıb, əvəzində marağı artıb – hər şeyin oxşarını düzəltmək marağı. O dövrün insanı dərk edirdi ki, insan da təbiətin bir zərrəsidir və bunu özlüyündə sübuta yetirmək, özü üçün kəşf etmək istəyirdi, buna daim can atırdı. Onu da bilirdi ki, hər zərrənin bətnində bir parça sevgi var. O sevgini oradan “çıxarmaqdan ötrü” cəhd edirdi, əziyyət çəkirdi. Bəlkə də, elə buna görə idi ki, sevgisini dəyərləndirir, onun uğrunda “uf” demədən ölümə gedirdi. Əlçatmaz, gözəgörünməz varlıqdan ötrü nələr etmirsən ki!

Bugünkü nailiyyətlərin də, inkişafın bəlli mərhələsinin də kökündə dayanan yenə təbiətin özüdür. Sadəcə, hər şeyi zaman yetirib... Zaman yetirib də insan ixtira edib. Və müasir insan elə özünün texniki tərəqqisindən, necə deyərlər, o yana getmək istəmir.

Amma bu da o demək deyil ki, müasir insanın sevgisi yoxa çıxıb. Əslində, sevginin, məhəbbətin dərin qatları sadəcə açılıb, vərəqlənib, oxunub... Əşyanın görünən tərəfi isə daha az maraqlı olur axı. İnsan təxəyyülü görünməyənləri fəth etməkdə maraqlıdır! Bildiyin, gördüyün nəsnə getdikcə adiləşir səninçün. Bir körpə uşağın “cızza” sözündən qorxaraq geri çəkilməsi, sonralar, zaman keçdikcə bütün “cızza”ları dəf etməsi, hətta bilə-bilə həyatını ölümün, müharibənin pəncəsinə atması da sevgidəndi. Duya-duya, görə-görə, bilə-bilə həyatının vərdiş halına, həyat tərzinə ötürə-ötürə yaşadığı sevgidən...

 telefon

Lakin bəzən insana elə gəlir ki, zərrənin içindəki – açılmamış, görünməmiş həmin o sevgini izhar etməkdən və ya “açmaq”dan artıq təsirlənmir. Sanki bu sevginin cavabsızlığından və ya cavabın yubanmasından təsirlənir. O vaxtların kağız məktublarının qatlarının içində yatan, ehtiyatla, titrək barmaqlarla açılan qatlardan axıb süzülən sevgini artıq gözlə görə bilir! Hiss olunan, duyğulara hopan sevgi bir mesaj işığıyla özünü dərhal, yubanmadan, sahibinə intizar çəkdirmədən “ünvan”ına yetirir. Nə at lazım gəlir buna, nə atlı... İşıq seli, işıq sürəti canlı varlığın hərəkətini, fəaliyyətini üstələyir. Amma nə yazıqlar ki, bunun saxtasını çıxarırıq, yəni bütün bunların süni... olmasını təsəvvür edirik, bunu özümüzə aşılayırıq.

Əcəba, bu, Tanrı ziyası deyilmi?.. Yaradanın insan zəkasını öz nuruyla açması deyilmi?..

Elmin və texnikanın bu cür inkişafı məgər öz-özünəmi baş verir?!.

İşıq seli... Amma “sel”in də öz təhlükəsi var axı! Yolunun üstünə çıxan irili-xırdalı hər şeyi gücü çatdığı qədər yuyub aparmaq təhlükəsi!.. Amma yox, işıq seli bunu  etməz! Hər kəsin bir-birinə və sevgi sahibinə yönəlik sevgi bağları xatirinə... O vaxtkı sevgi məktubunun sevgi qatı üzərinə gur işıq seli düşsə də...

 Zeynəb Əliqızı

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN