booked.netbooked.net booked.net  

"Təzadlar"ın dəyərli oxucuları! Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev,

publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin altı mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən  yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar.  6 oktyabr 2022-ci il tarixdəki  sayımızdan başlayaraq həmin kəlamları, aforizmləri qəzetimizin səhifələrində çap edirik. İnanırıq ki, bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazıb, yeri gələndə onlardan lazım olan kimi istifadə edəcəksiniz.

                       QƏDİM ROMA MÜDRİKLƏRİ

                             SİSERON (e. ə. 106-43-cü illər)

  • Ehtiyac dəhşətli silahdır.
  • Nadanlıq ağlın gecəsidir, aysız, ulduzsuz gecəsidir.
  • Müdriklik əsas şərt deyil, ondan istifadə əsasdır.
  • Ən böyük gözəllik təmiz vicdandır.
  • Dostluq ancaq yaxşı adamlar arasında ola bilər.
  • İdeal insan üçün dörd keyfiyyət vacibdir – həqiqət, ədalət, mülayimlik, ruhi əzəmət.
  • Qəzəb ağılsızlığın başlanğıcıdır.

 SENEKA (e. ə. 4-e.65-ci illəri)?

  • İnsan üçün ən çətin vəzifə öz-özünü qalib bilməkdir.
  • Vaxtdan başqa heç nə bizim deyil.
  • İnsan üçün ən ali keyfiyyət – xeyirxahlıq və alicənablıqdır.
  • Vətəni böyüklüyünə görə deyil, özününkü olduğuna görə sevirlər.
  • İnsan nə qədər ki, sağdır, hər şeyə ümid bəsləməlidir.

        EPİKTET (50-138-ci illər)

  • Ancaq özü üçün yaşayan xoşbəxt ola bilməz.
  • Təqsirsizi mühakimə edən özünü mühakimə edir.
  • İnsanın əl-ayağını qandallamaq olar, amma iradəsini, fikirlərini yox.
  • Qətiyyətsiz adam ömrü boyu öz bədbəxtliyindən şikayət edir.
  • Elə bir bədən yoxdur ki, xəstəlik tapmamış olsun, elə bir dövlət yoxdur ki, nə vaxtsa dağılmasın, elə bir hakimiyyət yoxdur ki, altını qazımasınlar. Xoşbəxtliyi bunların üzərində quran adam mütləq narahat, qorxu, məyusluq və iztirab içində yaşayacaq.

 MARK AVRELİY (121-180-ci illər) Roma imperatoru olub.

  • İnsanın dəyəri nəyə can atmasındadır.
  • Ömrün hər gününü elə keçirməlisən ki, sanki son günündür.
  • Bu dünyanı bir gün tərk edəcəyini yaddan çıxarma.
  • Şöhrətpərəst xoşbəxtliyi başqasına verdiyi qymətdə görür, müdrik isə özü özünün və sözünün qiymətini bilir.
  • İnsanlar bir-biri üçün doğulub.
  • Yaxşı, xeyirxah, səmimi adamı onun gözlərindən də tanımaq olar.
  • Əgər insan öz-özünü xoşbəxt hesab etməsə xoşbəxt deyil.
  • Əl ələ, ayaq ayağa, üst çənə alt çənəyə kömək etdiyi kimi insanlar da bir-birinə kömək etmək üçün doğulublar.

 

     APULEY (125-180-ci illər)

  • Bildiklərimiz məhduddur, bilmədiklərimiz tükənməzdir.

     VARRON (e. ə. 116-27-ci illər)

  • Müdrik adam xoşbəxt anlarında da özünü ağıllı apardığı kimi, bədbəxtliyində də gümrah və qətiyyətlidir.

    VERQİLİY (e. ə. 70-19-cu illər)

  • Hər şeyə qadir olan və hər şeyi bilən adam yoxdur.
  • Qəlb yarası sağalmır.
  • Güc hərəkətdə olanda güc toplayar.

 AVE QELLIY (II əsr)

  • Saqqalı görürəm, amma müdriki yox.
  • Axmaq məsləhət ən çox onu verənə zərər vurur.

 HORATSİY (e. ə. 65-8-ci illər)

  • Hər şeyin müəyyən sərhəddi var.
  • Hər anın da qədrini bil.
  • Ehtiyat heç vaxt çox deyil.
  • Birinci olan qüvvətlidir.
  • Yaşamaq üçün həmişə ayıq olmalısan.
  • Öz əhvalını idarə etməyi bacar.
  • Tülkü dərisiylə örtülmüş ucuz trofeydən qorx.
  • Var-dövlət soy kökünü ört-basdır edə bilməz.

 KATON (e. ə. 234-149-cu illər)

  • Nitq qabiliyyəti çoxlarına verilə bilər, müdriklik isə nadir adamlara.
  • Müdrik adamla danışarkən çox söz işlətmə.

 KATULL (e. ə. 87-54-cü illər)

  • Arsız-arsız gülməkdən böyük axmaqlıq yoxdur.

 KVİNTİLİAN  (35-96-cı illər)

  • Vicdan əməllərilə şahiddir.

 LİVİY TİT (e. ə. 59 – er.17-ci illər)

  • Həqiqətə kölgə düşə bilər, lakin o heç vaxt sönə bilməz.
  • Qorxunu nə qədər az hiss etsən, bir o qədər təhlükəsizdir.

 LUKAN (39-65-ci illər)

  • Qələbə naminə həyatı qurban vermək olar.
  • Vaxta tabe olmaq lazımdır.

 LUKRETSİY (e. ə. 99-55-ci illər)

  • Əgər hissin səmimi deyilsə, ağıl da yalandır.
  • Ruh sevinclə güclüdür.

 LUTSİLİY (e. ə. 180-102-ci illər)

  • Əvvəl ata-ana üçün, sonra özün üçün düşün və yaşa.
  • Mərd igid –səhvlərini boynuna alır; şərəfin, həqiqətin, xeyirin harda olduğunu, nəyin yaxşı, nəyin pis, nəyin şərəfsiz, nəyin zərərli olduğunu; arzularının həddini; zənginliyin hüquqi xidmətini; şərəfə layiq olanı yaxşı dərk edir.

 MANİLİY (eramızın I əsri)

  • İnsan nəyə nail olduğunu dəyərləndirmir.
  • Həqiqət dərinə basdırılıb.

 MARTSİAL (40-104-cü illər)

  • Sev ki, səni də sevsinlər.

 NEVİY (e.ə. 270-201-ci illər)

  • Tərifə layiq olan adamların tərifi sevinclidir.

 NEPOT (e. ə. 100-25-ci illər)

  • Hədsiz inam təhlükəlidir.

 OVİDİY (e. ə. 43 – er.18-ci illər)

  • Təmiz vicdan nə yalandan, nə dedi-qodudan, nə də şayiələrdən qorxar.
  • Sevilmək üçün ona layiq olmalısan.

 PAKUVİY  (e. ə.220-130-ci illər)

  • Kimin dostları varsa bu onun dövlətidir.

 PLAVT  (e. ə.250-184-cü illər)

  • Daimi xoşbəxtlik heç kəsə qismət deyil.
  • Çılpağı soyundurmaq mümkün deyil.
  • Köləlik qəlbin həbsxanasıdır.
  • Utanmaz adamı ölü hesab etməli.

 PLİNİY Böyük  (eramızın 23-79-cu illər)

  • İnsanın təbiəti yeniliyə hərisdir.

 PLİNİY Kiçik  (61-114-cü illər)

  • Heç kəs bütün hallarda müdrik ola bilməz.
  • Əndazəni aşmaq zərər verir, nəinki xeyir.
  • Saxta məhəbbət nifrətdən pisdir.

 PROPORSİY (er. əv. 50-eramızın 15-ci illəri)

  • Həqiqi məhəbbət ölçü və sərhəd bilmir.
  • Bir adam hamı üçün, hamı hamı üçün xeyirli ola bilməz.

 PUBLİY SİR  (e. ə. I əsr)

  • Ən şərəfli qələbə - öz üzərində qələbədir.
  • Özün təqsirlisənsə - taleyindən şikayətçi olma.
  • Təhlükə gələndə məsləhət gecdir.
  • Kim axmaq olmağını başa düşürsə o artıq axmaq deyil.
  • Bağışlaya bilənin qüdrəti artır.
  • Saxta dost – qəddar düşməndən də pisdir.
  • Məhəbbətlə qorxu uyuşa bilməz.
  • Dostu tez-tez bağışla, özünü heç vaxt.
  • Xəsisin gördüyü ən yaxşı iş onun ölümüdür.

 SOVLYUTSİY (e. ə. 86-35-ci illər)

  • Tamahkar-insanlardan ən qiymətli olanları Vətənə sevgini, ailə məhəbbətini, xeyirxahlığı, təmizliyi qəsb eləyir.
  • Dərd və bədbəxtlik – ölümlə yüngülləşir.

 SVETONİY (70-140-cı illər)

  • Kim böhtançıya dözürsə, onu rəğbətləndirmiş olur.
  • Tülkü dərisini dəyişir, xasiyyətini yox.

    SENEKA Böyük  (filosofun atası, yazıçı) e. ə. 55- eramızın 40-cı illər)

  • Səhv etmək insan xüsusiyyətidir.
  • Susmaq etirafa bərabərdir.

 TAFSİR (55-120-ci illər)

  • Namuslu ölüm rüsvayçı həyatdan yaxşıdır.
  • Ancaq axmaqlar özbaşınalığı azadlıq hesab edir.
  • Tələsmək qorxuya yaxındır.
  • Qəzəbdən və qərəzdən uzaq ol.
  • Yaltaq adam, düşməndən pisdir.
  • Satqından ona qulluq edənlərin də zəhləsi gedir.
  • Hətta müdrikləri də şöhrət həvəsi ən sonda tərk edir.

 PERENTSİY (e. ə. 195-159-cu illər)

  • Mən insanam və insana dair nə varsa ona biganə deyiləm.
  • Mənim bütün ümidlərim özümədir.
  • Bir yalan digərini doğurur.
  • Ruhun tərəddüd edirsə onu hər iki tərəfə döndərmək olar.
  • Pis başlanğıcın pis də sonu olar.
  • Müdrik təkcə ayağının altındakını yox, gələcəyi də görməlidir.
  • Hər kəsin öz ağlı var.
  • Cəsarətliyə taleyi də kömək edir.

 FEDR (e. ə. 15-er. 70-ci illər)

  • Ağıl qoçaqlıqdan üstündür.
  • Dostlar çoxdur – dostluq az.
  • Əclafa kömək edən ikiqat səhv edir: - layiq olmayana kömək etməklə özünü də təhlükə qarşısında qoyur.

 SEZAR (e. ə. 102-44, ilk Roma imperatoru)

  • Bir kasıb şəhərdə birinci olmaq, Romada ikinci olmaqdan üstündür.
  • Gəldim, gördüm, qələbə çaldım.
  • Təcrübə hamı üçün müəllimdir.
  • Qonağı incitmək olmaz.

 SELS (e. ə. I əsr)

  • Rahatlıq ən yaxşı dərmandır.

    SİSİLİY STASİY (e. ə. III-II əsr)

  • Hər zaman keçmişin izlərini nəzərə al.
  • Ədalətsizliyə dözərəm, namussuzluğa yox.

 (Davamı var)

"Təzadlar"

 

                     

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN