booked.netbooked.net booked.net  

İspaniya Kral Xalça Fabrikinin sərgi salonunda Azərbaycan xalçalarının sərgisi təşkil edilib.

“Azərxalça” ASC-dən TEZADLAR.AZ-a verilən məlumata görə, sərgi Azərbaycanın İspaniya Krallığındakı Səfirliyi və “Azərxalça”nın birgə təşkilatçılığı, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyi ilə keçirilir.

Sərgidən öncə “Azərxalça” və İspaniya Kral Xalça Fabriki arasında əməkdaşlığı təşviq edən, Azərbaycan və İspaniyanın xalçaçılıq üzrə ixtisaslaşmış müvafiq qurumlarının gələcəkdə birgə fəaliyyətlərinin inkişafı üçün məxsusi əhəmiyyət daşıyacaq saziş də imzalanıb.

Sərginin qapıları 2024-cü ilin 19 yanvar tarixinədək avropalı xalçasevərlər üçün açıq olacaq. Sərgi ziyarətçilərinə, həmçinin, Azərbaycan xalçaçılıq sənəti və məktəbləri barədə məlumat veriləcək.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN