booked.netbooked.net booked.net  

AMEA-nın Mərkəzi Elmi Kitabxanası yeni işıq üzü görən “Azərbaycan Albanşünaslığının (Qafqaz) tarixinə dair (Dünya üzrə tədqiqatlar kontekstində xronoloji biblioqrafiya ilə)” adlı kitabı istifadəçilərinə təqdim edir.

Mərkəzi Kitabxanadan "Təzadlar"a verilən məlumatda deyilir ki, kitabın müəllifi A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürov, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyevadır. Kitabda Albanşünaslıq tədqiqatları illər üzrə qeydə alınıb, illərin daxilində tədqiqat əsərlərinin yazıldığı dillər əsas götürülüb, müvafiq dillər daxilində əsərlər əlifba sırası ilə düzülüb. Beləliklə, bu mövzu əsasında dünya üzrə araşdırmaların sadəcə dinamikasını deyil, elmi prioritet və istiqamətlərin meydana gəlməsi dövrünü də müəyyən etmək mümkündür. Azərbaycan Albanşünaslığının (Qafqaz) tarixi inkişaf yolu, əsas mərhələləri və müasir vəziyyətinin öyrənilməsi aktual məsələlərdən biridir. Bu baxımdan, sözügedən kitab Qafqaz Albaniyasına dair tədqiqat aparan mütəxəssislər, gənc araşdırmaçılar, ümumiyyətlə Qafqaz Albaniyasının tarixinə maraq göstərənlər üçün dəyərli elmi mənbədir.

 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN