booked.net booked.net  

II yazı

(Əvvəli 27.02.2024-cü il tarixdə)

Xalq yazıçısı İsmayıl Şıxlı öz yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni səs, yeni deyim tərzi gətirən qələm sahiblərindəndir. Bu baxımdan yazıçının "Ayrılan yollar" (1954-1955), "Dəli Kür" (1962-1966) və "Ölən dünyam" (1995) romanları ədəbiyyatımıza xüsusi bəzək verən söz inciləridir.

***

Altıncı fəsil. Rusiyadan gələn əsgərlər kəndin məktəbində yerləşdilər. Onlar siniflərdəki partaları çölə yığıb camaatın tayalarından ot gətirib otaqlara töküb üstündə yatdılar. Fətullayevlə kənd şura sədri Mustafa kişi də əsgərlərin yanına getdi. Fətullayev komandirlə söhbət etdikdən sonra Mustafa kişiyə dedi ki, kənddə boş ev var? Mustafa kişi isə olmadığını dedi. Fətullayev əmr verdi ki, ailələri evdən çıxarıb əsgərləri yerləşdirmək lazımdır. Bu işdən camaat təlaşa düşdü və səs-küy aləmə yayıldı.

Xudadat bəy həkim idi. Camaat tələb edirdi ki, o, Gəncənin general qubernatoru olsun. O isə olmaq istəmirdi. Atası Ələkbər bəyin təkidi ilə razı oldu. Xudadat bəyə teleqram gəldi ki, əsgərlər evlərinə qayıdır. Silahları onlardan alın. Ordudan silah almaq isə çətin məsələ idi. Rus imperiyası dağılmış, bütün xalqlar müstəqillik əldə etmişlər.  Azərbaycanda Demokratik Cümhuriyyət yaradılmışdır. Ordu yaratmaq lazım idi. Ancaq azərbaycanlılar rus ordusunda xidmətə çağrılmadıqları üçün hərbini bilən hərbçilərimiz yox dərəcəsində idi. Xudadat bəy hərbi səfərbərlik elan etdi. Yaxşı ordu yaratmaq haqqında düşündü. Çapıq Əmrahı yanına çağırıb göstəriş verdi ki, Aslan bəy Səfikürdskini, Rüstəmbəyli Şəfi bəyi və Adıgözəl İmamverdi bəyi bura gətir. Uşaqları göndər qaçaqların yanına Qaçaq Qənbər,  Xallı Heydər, Topalhasanalı Cabbar, Tatoğlu Hasan tapıb xəbər verin.  Şəmkir vağzalına yola düşsünlər. Çapıq Əmrah dəstəsi ilə qaçaqların yanına getdi.

Xudadat bəy bildirdi ki, rus eşolanları Türkiyə cəbhəsindən gəlirlər. Onların silahları mütləq alınmalıdır. Şəfi bəyi və İmamverdi bəyi Yevlaxa göndərdi. Ordu Gəncədən keçməməlidir. Silahlar alınmalıdır.  Aslan bəylə Xudadat bəy Şəmkirə yola düşdülər. Xudatat bəy yolda Aslan bəyə söylədi ki, dövləti saxlamaq üçün güclü ordu lazımdır. Onlar Şəmkirə çatanda Şəmkirin "Şəmkir" adlı bir padişah tərəfindən 937-367 hicridə salındığı və Teymurləngin dövründə şəhərin salamat olduğu və indi isə xarabalığa çevrildiyi xatırlandı. Xudadat bəy dəmiryol rəisinin otağında komandirə dedi ki, siz evinizə qayıdırsınız silahı bizə təhvil verin. Onların əlindən silahlarını aldılar.  Sonra gələn vaqonlardan atəş açıldı və onlar təslim oldular. Xudadat bəy və Aslan bəy Səfikürdski qalıb gəlib silahları aldıqları üçün sevindilər.

Yeddinci fəsil.  Bakıda Müsavat Hökumətinin devrilməsindən sonra  Gəncədə məşvərətə yığıldılar. Məşvərətə Gəncə hərbi qarnizonu rəisi vəzifəsini icra edən Cavad bəy Şıxlınski və Gəncə atıcı alayının komandiri polkovnik Cahangir bəy Kazımov rəhbərlik edirdilər.  Həmin vaxt Çapıq Əmrah general Cavad bəyin yavəri idi. Cavad bəy Çapıq Əmrahı məşvərətə gəlmək üçün Gəncə şəhər komendantı generala-mayor Məmməd Mirzə Qacarın, qaçaq  Sarı Ələkbərin, qaçaq Qənbərin, Topalhasanalı Cabbarın dalınca göndərdi. Onlara məşvərətə gəldilər.  Cavad bəy dedi:

“- Ağalar,  XI Qızıl Ordunun bolşevikləri bizə yalan satmışlar. Xəlil Paşa da bizi inandırmışdı ki, rus qonşuları bizim ərazidən keçib Türkiyəyə İstanbulu müdafiəyə gedir. Fosfor,  Dardanel təhlükə qarşısındadı. Biz bu ordunu tezliklə Türkiyəyə getməsinə kömək etməliyik.  İndi isə bir aydı ki, Gəncədədilər. Belə getsə, biz öz istiqlaliyyətimizi itirəcəyik"

Biz belə qərara gəlmişik ki, Gəncədə üsyan qalxmalı Sarı Ələkbər və Qaçaq Qənbər əhalini döyüşə qaldırmalı, şəhərin istehkam xəttini Məmməd Mirzə Qacar təşkil etməli , Topalhasanalı Cabbar isə əhalini silahlandırılmasına rəhbərlik etməlidir. Hamı bu işə yekdilliklə razı oldu.

Çapıq Əmrah Cavad bəyə belə məlumat gətirmişdir: "Şəhərin strateji əhəmiyyəti olan xeyli hissəsi rus rus qonşularının əlində idi. 20-ci atıcı diviziyanın 178-cı və 180-cı atıcı alayları  çayın sağ sahilində,  şəhərin ermənilər yaşayan hissəsində yerləşmişdir.  Rabitə batalyonu və 3-cü briqadanın qərargahının komendant hissəsi isə şəhərin müsəlmanlar yaşayan Şimal-qərb səmtində yerləşdirilmişdir. Düşmənin cəmi 2000 döyüşçüsü, 30 pulemyot, bir artilleriya divizionu, Zurnabad kəndində 450 nəfərdən ibarət 20-ci atlı briqadası, 8 pulemyot bir atlı top batareyası və şəhərin 6 km-də yerləşən Helendorf qəsəbəsindəki diviziyanın öz iki, ikitoplu batareyası ilə artilleriya qərargahından ibarət idi. 3-cü briqadanın komandiri isə keçmiş çar zabiti Şirmaxer idi."

Gəncədə üsyan baş tutdu  və iki mindən çox rus əsgəri tutulub qalaya salındı. Cavad bəy Şıxlınski və Cahangir bəy Kazımovu əhali Gəncədə alqışladı və Pişnamazzadə bu qələbəyə hədsiz dərəcədə sevindi.

Plana əsasən  Şəmkir yolunda topların və topçuların sayını artırmaq  və çalışmaq lazimdır ki, Sarı Ələkbər,  Qaçaq Qənbər, Topalhasanalı Cabbar, Topalhasanalı Xallı Heydər, Qabaxtəpəli dəli Xəlil, Tatoğlu Həsən, Sarı Qafar, Qaçaq Məmmədqasım, Nainsafoğlu Məmmədəli kimi igidlərimiz bolşeviklərin təsiri altına düşməsinlər.

28 apreldə Demokratik Azərbaycan Respublikası yıxıldı və XI Qızıl Ordunun köməyi ilə bolşeviklər hakimiyyəti ələ keçirdilər. Parlamentin yığıncağında Həmid Sultanov və Çingiz İldırım hökumətə ultimatom vermişlər.

20-ci diviziyanın komandiri Velikanovun Qazaxdan gətirdiyi zirehli qatarların köməyi ilə bolşeviklər stansiyanı ələ keçirdilər. Gəncəyə P.V.Kurişkonun komandanlığı altında 3000 nəfərlik nizami ordu hücuma keçdi. Gəncəyə gələn Azərbaycan Kommunist Partiyasının fövqəladə komissarı Həmid Sultanov və Sultan Məcid Əfəndiyev, 3-cü briqadanın komandiri Şirmaxerin dəstəsi Gəncə qalasında saxlanan 2000 rus əsgərini azad etdilər. 31 mayda artıq Gəncə  düşmən əlində idi. Bu dəhşətlər Çapıq Əmrahın yaddaşından getmirdi. Gəncə çayında ölənlərin sayı bilinmirdi.

Səkkizinci fəsil. Çapıq Əmrah atını minib kənddən çıxdı və İncə çayının sahilindən qaçmaq istəyirdi ki, atını arxadan güllə ilə vurdular və Əmrah da atla bərabər yerə yıxıldı. Əsgərlər onu tutub kəndə gətirdilər.

Yoldaş  Fətullayev gecə kənd şura sədri Mustafa kişinin evində qalmışdı. Səhər tezdən Fətullayev Mustafa kişiyə göstəriş verdi ki, kənddə 15 yaşından yuxarı nə qədər kişi varsa, hamısın yığın məscidin həyətinə. Məscidin hasarı üstünə çıxan Fətullayev camaata dedi ki, kim silahını gətirib təhvil verməsə nəticəsi yaxşı olmayacaq! Heç kəs silahını gətirib vermədi. Arvadlar kişilərinə çörək gətirsə də, Fətullayev çörəyin verilməsinə icazə vermədi. Sonra Fətullayevə xəbər verdilər ki, Çapıq Əmrahı tutub gətiriblər. Fətullayev Mustafa kişidən soruşdu ki, Əmrah orduda olubmu? O, dedi ki, Musavat höküməti vaxtı zabit olub və ona "paruçik" deyirdilər. Fətullayev göstəriş verdi ki, Çapıq Əmrahı gətirin.  Xeyli dialoqdan sonra Çapıq Əmrah Fətullayevə deyir:

"- Cəmiyyət də insan kimdir. Axtalanmış adamdan kişi çıxmadığı kimi, axtalanmış cəmiyyətdən də kamil cəmiyyət olmaz". Fətullayev hirsli halda keşikçilərə dedi ki, aparın bunu. “Troykanın qərarı” ilə  4 yanvar 1932-ci ildə  məscidin həyətində Çapıq Əmrahı güllələdilər. Hətta sonda onun alnına iki güllə də vurdular. Tutulanların hamısı silahlarını təhvil verib azad oldular. Qonşu kənddən gətirilən dustaqları əsgərlər güllə qabağına qatıb aparırdılar.

Doqquzuncu fəsil.  Fətullayev şura sədrinin otağına birinci girdi. Fətullayev Çoban Kərəməlinin hansı kənddən olduğunu Qaybalı kişidən soruşdu. Qaybalı kişi isə onun bizim kənddən olmadığını dedi. Aşıq Qarneti soruşanda dedi ki, bizim kənddəndir. Fətullayev Keçəl Xonduluya göstəriş verdi ki, get aşıq Qarneti gətir. Aşıq Qarnet Fətullayevlə danışarkən ona cavab qaytardı. Ona görə də, Fətullayev Keçəl Xonduluya dedi ki, onu Acı Dərəyə aparın. Qaybalı kişi Fətullayevdən belə qəfil gəlişinin səbəbini soruşdu. O, isə dedi ki, biz “müzür ünsürlərinin” kökünü  kəsməliyik. Fətullayev Qaybalı kişiyə göstəriş verdi ki,  firqəçiləri, komsomolçuları bura çağır. Qaybalı kişi başa düşdü ki, Alqazaxlılarla Çiraqlıların başında fəlakət var. Güllü xanım  eşidmişdir ki, kənd adamlarını  arabalara yığıb harasa göndərirlər. Gedərkən adamlara ikicə put yük götürməyə icazə verirlər. İki gün bundan əvvəl Qaybalı kişi də onlara xəbər göndərmişdi. Güllü xanım gəlinlərini  xəlvətcə yanına çağırdı və  dedi ki, əl-ayağınızı yığışdırın və özünüzü elə aparın ki, guya heç nədən xəbəriniz yoxdur. Güllü xanımın oğlu Şəmiddinin güllələndikdən və Həsən ağa qaçaqlara qoşulduqdan sonra bilirdi ki,  onlar bu kənddə yaşaya bilməyəcəklər. Fətullayev gələnə qədər Keçəl Xondulu arabaları qoşdurdu. Güllü xanımın göstərişi ilə gəlinlər yüklərini arabalara yığdılar. Bir dəst yorğan-döşək, isti paltar və sair götürdülər. Qaybalı kişi Keçəl Xonduluya dedi ki, qoy arvad ev-eşiyi ilə halallaşsın. Keçəl Xondulu gördü ki,  Həsən ağanın kiçik oğlu Söhrab təzə araba təkərini tövlənin böyründə gizlətmək istəyir. Atını onun üstünə sürdü və uşağı qamçı ilə vurdu. Güllü xanım istədi ki, naqanla Keçəl Xondulunu vursun, ancaq fikrindən daşındı. Uşağın vurulduğunu Alan da görmüşdü. O, əvvəlcə zingildədi və birdən atın üstünə atılıb Xondulunun boğazından tutub yerə saldı. Sonra xirtdəyindən yapışdı.  Söhrab Alan Xondulunu atdan salan kimi axşamdan evin zirzəmisinə yığdığı neft tökülmüş ota od vurdu və qaçıb arabaya mindi.  Güllü xanımın evini alov bürüdü. Fətullayev Keçəl Xondulunu axtardı və onu son nəfəs aldığı yerdə tapdılar. İtə güllə atsalar da o qaçıb getdi. Səhər onların arabaları kiçik bir qəza dəmiryol  stansiyasına gəldi. Güllü xanım Çıraq uşaqlarının da onlarla bir vaqonda getməsinə icazə aldı.  Vaqonu  təmizləyib yerə palaz saldılar və döşək açıb oturdular. Bir milis işçisi onlara dedi ki,  qablarınızı su ilə doldurun, yolunuz uzaq olacaq. Suyun yerinidə göstərdi. Vaqon üç gün,  üç gecə yol getdi. Güllü xanımın körpə nəvəsi və gəlini vaqonda öldü. Soldatlar meyitləri götürüb apardılar. Onları meşə kənarında ucqar bir stansiyada düşürüb dördtəkər arabalara doldurdular və meşənin dərinliyinə gətirdilər. Burada tikanlı məftillər arasında daxmalar var idi. Gələnləri daxmalara bölüşdürdülər.

Onuncu fəsil.  Kabı Kəsəmənlinin atlı dəstəsi Naltökən yaylağına qalxdı. O, bilirdi ki,  kənd camaatı Noylu bulağın üstündə dəyərlərini qurublar. Kəsəmənli Halay bəylə görüşmək və onu üzə çıxartmaq istəyirdi. Qaçaqların olduqları yerə getdilər.  Kabı Kəsəmənli Halay bəylə görüşüb qucaqlaşdı. Hal-əhval tutduqdan sonra Halaya bəyə dedi ki,  səni üzə çıxartmağa gəlmişəm. Halay bəy ona öz minnətdarlığını bildirdi. Ancaq ona söylədi ki, Stalin yazıb: "Öz kadrlarımız yetişənə qədər, köhnə mütəxəssislərdən istifadə edəcəyik" Kabı bunların qoyduğu şərtlər olduqca çətindir.  Hətta tələbələrimdən biri mənə dedi ki, "... Amma unutma ki, mənim səni parçalayacaq qədər iti dişlərim və dırnaqlarım var!". Mənim belə şəraitdə yaşamağım çətindir.  Stalinin dediklərindən biri də,, Qolçomaqları  bir sinif  kimi ləğv etmək". Belə sözlər də adamları bir-birinə qarşı çevirir. Halay bəy yoldaşlarına, əsasən də Həsən ağaya dedi ki, əgər mən gəlməsən Arazın o tayına keçin. Kəsəmənli Haray bəyi  evinə gətirdi. Halay bəyə dedi ki, məni evdə gözlə dalınca adam göndərəcəyəm. Halay bəyin gəldiyini eşidən kimi, Kəsəmənlidən xəbərsiz Fətullayev Halay bəyi yanına çağırdı. Onu maşına mindirib "Şəkərin qala"sına apardılar. Halay bəy başa düşdü ki, qalada dustaqlar var. Qiyas bəyin oğlunun toyunu Hümmətin dəstəsi çaldığı üçün Hümməti tutub qalaya salmışdılar. Halay bəyi gecə qalanın dibi qazılan yerə gətirdilər və güllələdilər. Kəsəmənliyə Abdal zəng edib dedi ki, Xalq Maarif Komissarlığı əmr göndərib.  Halay bəyi seminariyaya müdir təyin ediblər.

Kəsəmənli keşikçi milisi Halay bəyin yanına göndərdi ki, onu gətirsin. Milis  gəlib dedi ki, Halay bəyi iki gün öncə evdən qalaya aparıblar. Kəsəmənli çox pis vəziyyətə düşdü. Növbətçi ona toxtaqlıq verdi. Kabı toxtayan  kimi ayağa durub atını minib Fətullayevin idarəsinə getdi və ondan Halay bəyi soruşdu. "Troykanın" qərarı ilə güllələnib cavabını aldı. Kəsəmənli Fətullayevi kabinetində güllələdi və cəld atını minib Dilcan dərəsinə tərəf çapdı.  Həsən ağa onun qarşısına çıxdı. Kəsəmənli  dedi ki, mən Halay bəyi  qoruyan bilmədim. Yoldaşlara  de tez hazırlaşıb çıxaq. Üstümüzə gələcəklər və onlar Arazı keçdilər.

(Davamı var)

Sabir Rüstəmoğlu (Məmmədov),

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının dosenti, AYB və AJB üzvü

sabir-rustemoglu

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN