booked.netbooked.net booked.net  

 

Altı il öncə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Kitabxanaya kitab hədiyyə edirik” və “Yaradıcı oxucularımız” layihələrinə start verilmişdir.

Layihələrin uğurla həyatə keçirilməsi nəticəsində MKS-ə daxil olan kitabxanaların fondu zənginləşdirilmiş, şair və yazıçılar isə yeni yazdıqları əsərlərini oxuculara çatdırmaq üçün imkankar əldə etmişdilər. Mərkəzi Kitabxananın Fəxri oxucusu, şair, Prezident təqaüdçüsü, AYB-nin üzvü Xatirə Fərəcli yeni nəşr olunmuş “Зимние деревья” (“Qış ağacları”) şeirlər toplusunu kitabxanaya hədiyyə etmişdir. Kitabda Giya Paçxataşvilinin, Fəxrəddin Qəribsəsin, Sergey Televninin və Vaqif Rəsulun Azərbaycan dilindən rus dilinə tərcüməsində şairin  200-dən çox şeiri toplanmışdır. Şeirlər şəhidlərə, həyatın mənasına, insana və onun həyatdakı missiyasına, kainata və s. mövzulara həsr olunmuşdur. Bir çox şeirlərdə şair öz həyatını və təleyini düşünür, qəlbinin ağrısını və fırtınasını işıqlandırır. Şairin silsilə şeirləri təbiətə, ilin fəsillərininə həsr olunub. Şair Xatirə Fərəclinin “Зимние деревья” (“Qış ağacları”) kitabı ilə oxucular M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada tanış ola bilərlər.

JASMİN 

 

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN