booked.netbooked.net booked.net  

Azərbaycanın sevilən sənətkarı, Xalq artisti Flora Kərimova üzündə keçirilən uğursuz əməliyyatın qurbanı olub.

TEZADLAR.AZ xəbər verir ki, sənətkar başına gələnləri Real TV-yə danışıb. Müğənni uğursuz əməliyyatdan sonra eynək taxmaq məcburiyyətində qaldığını və plastik cərrahın məsuliyyətdən qaçdığını bildirib. 

"Bu eynəkdə gəzirəm. Artıq bu, mənim üçün türmədir. Millətim bilir ki, mən gözlərimlə oxuyuram. Sözümün, mahnımın ifadəsi hamısı gözlərimdən də oxunur. Gözlər bağlıdır, gözlər kilidlidir, gözlər həbsdədir. Faktiki, bu insan məni şikəst edib".

Flora Kərimova kök-hüceyrə əməliyyatı etdirdiyini, amma uğursuz alındığını söyləyib. Həmin əməliyyatı isə kök-hüceyrə uzmanı, plastik-cərrah Sevinc Heydərovanın etdiyi qeyd edilib. 

REAL.TV-nin əməkdaşı bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb və həmin araşdırma tamaşaçılara təqdim ediləcək.

 

JASMİN

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN