booked.net booked.net  

Müğənni Nüşabə Ələsgərli ona “oğlu yaşda kişiyə ərə gedib” deyənlərə “Xeyirli axşamlar” verlişində belə cavab verib: “Aramızda cəmi 7 yaş fərq var. Mən ərimdən 7 yaş böyüyəm. Amma belə deyə-deyə biz artıq 18 ildir ki, bir yerdəyik”.

P.S. Vaxtilə estradamızın “vor zakonu” olmuş, indi isə o dünyada “Qır qazan” MMC-nin sahibi İlhamə Quliyeva demiş, “yaşın nə fərqi var”?! Bu, bir! İkincisi isə, şou əhli xanımın 18 il əri ilə bir yerdə olması nəinki sensasiyadır, hətta “Ginnesin Rekordlar” kitabına düşməlidir. Allah bu Nüşabənin də xasiyyətin kəssin, rəhmətliyin qızı, şou əhli də ərlə 18 il bir yerdə olar? Sənin həmkarların bu 18 ildə ən azından 36 ər və 36 sevgili dəyişib e... Sən isə 18 il bir yerdə qalaraq “rekord” vurmusan haaa, mən ölüm. 

***

Müğənni Təranə Qumral bir TV verilişdə əri Musa Musayevdən danışaraq deyib: “Musa mənsiz bir il yaşayıb ölər. Mən onun oksigeniyəm”.

P.S. Eh, ay Təranə xanım, dünyanın işin nə bilmək olar? Bəlkə səndən sonra o yazıq Musa sanki azadlığa çıxıbmış kimi, hələ uzun illər yaşayacaq? Məsəl var e, deyirlər “quzunun qabağına canavarı bağlasan o quzu nə arıqlayar, nə də kökələr”. İndi bu yazıq Musanı da əl quzusuna döndərmisən, mən ölüm. Ona görə bu yazıq da sənin yanında, Afaq Bəşirqızı demiş, heç “mık” eləyə bilmir..

***

Aktrisa sayılan Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində həmişə aldadıldığını bildirərək, öz instagram hesabında belə hekayə paylaşıb: “Nərimanov rayonu ərazisində yerləşir. Nə qədər saxtakar və yalançıdırlar. Hər dəfə verdiyim məbləğə görə yanacaq vurmurlar. Hər dəfə belə edirlər”.

P.S. Həə... Deməli, yanacaqdoldurma məntəqəsi işçilərinin qanacağı yoxdur ki, aktrisanın puluna uyğun yanacaq vursunlar. Bu yanacağa qanacaq qatmayanlar Ülviyyə xanım demiş, “nə qədər saxtakar və yalançıdırlar”. Taleyin ironiyasına baxın, görün kim kimi saxtakarlıqda və yalançılıqda ittiham edir? Daha fikirləşmirlər ki, Ülviyyə xanım və digər şou əhli, olmayanlar sənəti və səsi ilə saxtakarlıq edib xalqı aldadırlarsa, yanacaqdoldurma məntəqəsinin də “qanacaqlı” əməkdaşları onlara qarşı saxtakarlıq edib yanacadan kəsirlər. Necə deyərlər, “qaynana bicdir kündəni sayır, gəlin bicdir kündədən kəsir”. İndi iki saxtakar üz-üzə gəlib deyə çaş-baş qalıblar. Məzəniz olsun vallah! Belə yerdə deyiblər e “kor kora kor deməsə, bağrı çartlayar”.

***

Qəzetlərin birində aprelin 5-də Brüsseldə Emənistan - ABŞ - Avropa Birliyinin iştirakı ilə keçirilən müştərək konfransdan bəhs edən yazıya belə yarımbaşlıq qoyulub: “Ermənistan Avropa İttifaqı, Fransa və ABŞ-ın müştərək sifarişinə qol qaldırmağa həvəsli görünür”.

P.S. Rəhmətliyin oğlu, “qol qaldırmağa həvəsli görünür” nədir? Ermənistanın işi-peşəsi və əsas siyasəti onun-bunun çaldığına qol götürüb oynamaq deyilmi? Ermənistan nə vaxt öz musiqisinə oynayıb ki? Heç vaxt! Ona görə ki, tarixdə heç vaxt özünün torpağı olmadığı kimi, musiqisi də olmayıb. Bu səbəbdən torpağı da, musiqini də bizdən oğurlayıblar. Odur ki, axır vaxtlar Ermənistan həm Azərbaycanın, həm də Avropa dövlətlərinin çaldığına qol götürüb oynayır.

***

Son vaxtlar Azadlıq meydanında, Qış parkında, yeraltı və çoxmənzilli binaların zirzəmisində olan parklanmanın bir aylıq qiyməti 60 manatdan 90 manata qaldırılıb ki, bu da əhalidə çox ciddi narazılıq yaradıb.

P.S. Bu nədir? Yoxsa ölkədə neft və qazdan gələn gəlir azalır? Yoooox, statistika bunun əksini deyir. Bəs onda niyə vətəndaşlardan tutulan vergilərin hesabına dövlət tərəfindən tikilən bu parklanma yerlərində qiymətlər fantastik şəkildə qalxır? Onu da nəzərə alaq ki, AYNA axır vaxtlar yeri gəldi-gəlmədi qanunu-qanunsuz, şəhərin elə bir yeri qalmayıb ki, oranı pullu parklanmaya çevirməsin. Bəs səbəb? Səbəb odur ki, AYNA rəhbərləri “biz niyə kiminsə qızından əskik olmalıyıq” - prinsipi ilə fantastik şəkildə varlanmaq, Azərbaycanda və Avropada böyük biznes şəbəkəsinə, obyektlərə, bahalı villalara, maşınlara, milyonlarla dollar sərvətə sahib olmaq istəyirlər. Necə deyərlər, Allah heç xeyir verməsin və arzu-niyyətləriniz gözünüzdə qalsın elə...

***

Verilən xəbərə görə, bu ilin yanvar ayında Azərbaycana müxtəlif ölkələrdən fərqli qiymətləri olan qol saatları gətirilib. Bunların içərisində ən bahalısı İsverçdən gətirilən və qiyməti 105 min manat olan qol saatıdır.

P.S. Nə? 105 min manata qol saatı? Rəhmətliyin uşağı, elə oğullarımız var ki, onun qolundakı saatın qiymətinin yanında 105 min manat semiçka puludur. Bizdə mamasının gül balaları olan həmin oğulların 2 milyon dollarlıq saatı İspaniyada oğrular qolundan açıb götürürlər, heç “uf” da demir. Sən də başlamısan ki, ən bahalı saat 105 min manatdır.

***

Məlum olur ki, pensiyaçıların sayının niyə azalmasından bəhs edən bir yazıya belə başlıq qoyulub: “Azərbaycanda pensiyaçıların sayı niyə azalır?”.

P.S. Nə ağılsız sualdır e, mən ölüm. Rəhmətliyin oğlu, verilən 300-400 manat pensiya pulu pensiyaçıların heç dava-dərmanını demirəm, yeməyinə belə çatmır. Buna görə bu yazıq pensiyaçılar da, çərləyib ölürlər ki, nəticədə sayları da azalır dəə... Bu, sosial nazirliyin pensiyaçılara göstərdiyi yüksək səviyədə diqqət və qayğının nəticəsidir. Bəs nə? Pensiyaçılar niyə çox yaşayıb büdcəni dağıtmalıdır? Odey, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, 2-ci düünya müharibəsinin iştitakçısı, 102 yaşlı Fatma Səttarovanın əlindən beziblər ki, adam da bu qədər yaşayıb pensiya alar? Gözünə döndüyüm Fatma xanım da büdcəni əməlli- başlı dağıdır haa... Allah Fatma xanıma daha uzun ömür versin ki...

***

Müğənni sayılan İlahə İbadova bir TV verilişdə ikinci dəfə ərə gedəcəyini bildirərək, barmağına taxılmış üzüyü də nümayiş etdirib.

P.S. Şou əhli xanıma, ikinci dəfə ərə getməyinə görə təbrik düşmür. Belə ərə getmə ən aşağısı 5-ci və ya 6-cı dəfə olsaydı bəlkə də onda bu izdivaca təbrik və alqış düşərdi. Onuncu dəfə ərə gedən şou əhlinə isə, “Qəhrəman şou xanım” adı vermək olar. Yoxsa ikinci dəfə ərə getmək şou əhli arasında subay qalmaq kimi bir şeydir.

ELÇİN

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA