Türkiyə meqapolisində 43-cü İstanbul kinofestivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, İstanbul Mədəniyyət və İncəsənət Fondunun səyləri ilə hər il təşkil olunan festivalın münsiflər heyəti 2024-cü il mükafatçılarının adlarını “Atlas 1948” kino mərkəzinin səhnəsində elan edib.

“Ən yaxşı əcnəbi film” nominasiyasında ukraynalı rejissor Anna Buryaçkovanın “Həmişəlik-Həmişəlik” (“Forever-Forever”) filmi qalib adını qazanıb. Rejissorun mərasimdə iştirak etmək fürsəti olmadığına görə o, festival təşkilatçılarına onlayn formatda təşəkkürünü bildirib.

Münsiflər heyətinin xüsusi mükafatına ssenarist və rejissor Ena Sendiaroviç “Şirin arzular” (“Sweet Dreams”) filminə görə layiq görüb.

“Yerli qısametrajlı filmlər” kateqoriyasında qalib Ömər Ferhat Özmənin “Mənfi bir” ekran əsəri olub.

“Ən yaxşı yerli sənədli film” nominasiyasına Berke Başın “Dar keçid” adlı filmi layiq görülüb.

“Ən yaxşı kişi rolu” kateqoriyasında mükafat eyni zamanda iki aktyora – “Bildiyin kimi deyil” filmində rol alan Alican Yücesoy və Serdar Orçinə verilib. Bu ekran əsəri “Ən yaxşı ssenari” nominasiyasında da mükafat qazanıb.

Aktrisa Tulin Özen “Tərəddüd cizgisi” filmindəki roluna görə “Ən yaxşı qadın rolu” nominasiyasının qalibi olub.

Nəhayət, kinofestivalın əsas mükafatı olan “Qızıl zanbaq” “Ən yaxşı yerli film” nominasiyasında “Yurd” filminin rejissoru Nehir Tunaya təqdim olunub.

 

AzərTac

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN