Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Tbilisidə keçirilən aksiyada

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Tbilisidə keçirilən aksiyada

Maraqlıdır ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Rustaveli prospektində parlamentin qarşısındakı mitinqə qatılıb.

Я не понимаю тех СМИ Азербайджана...

Я не понимаю тех СМИ Азербайджана...

Я не понимаю тех СМИ Азербайджана, кто противостоит выбору армянского народа – путь в европейское сообщество.

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun vaxtilə bələdiyyə sədri işlədiyi Talıstan kəndi ərazisindəki balıq və qaz-ördə...

BAKINI XATİRƏLƏRDƏ YAŞADANLAR...

BAKINI XATİRƏLƏRDƏ YAŞADANLAR...

Oleq Sergeyeviç Kuzin: “Bakı xoş təəssüratlar yaradan şəhərdir”

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM HEYRƏT DOĞURUR...

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM HEYRƏT DOĞURUR...

Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi hissə komandiri  kimi yox, bir dost kimi söhbət edir və onunla söhbətdən sonra adam Vətənini, torpa...

JURNALİSTİKAMIZIN DƏYƏRLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ...

JURNALİSTİKAMIZIN DƏYƏRLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ...

...Ömrünün böyük bir hissəsi mətbuatla bağlıdır. O vaxtki Nеft Kimya Sənayеsi Nazirliyinin “Böyük kimya uğrunda” çoxtirajlı qəzetinə baş redaktor tə...

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN HƏLLI ÜÇÜN KİFAYƏT DEYİL

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN HƏLLI ÜÇÜN KİFAYƏT DEYİL

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livandakı atəşkəs razılaşmalarının Yaxın Şərqdəki münaqişənin tam həlli üçün kifayət etmədiyini bildirib. ...

Bakıya tramvay gəlir- hazır olun!

Bakıya tramvay gəlir- hazır olun!

Çoxdan gözlənildiyi kimi, Bakıda tramvay xəttinin çəkilişinə hazırlıq görülür...

PUTİN TRAMPLA GÖRÜŞƏ TƏLƏSİR: SİRR AÇILDI

PUTİN TRAMPLA GÖRÜŞƏ TƏLƏSİR: SİRR AÇILDI

Dünya mediası bir müddətdir Trampın Putinlə görüşəcəyi günün sıbrsizliklə gözlənildiyini yazır...

MEDİA

14-Yan-2025 By Asif Memmedov

Almani…

Maraqlıdır ki, Almaniya Bundestaqının Xarici Əlaqə

Detay

Azərbaycan Yazıçılar Birliyində “Güney Azərbaycan folkloru” (16 cilddə), “Təbriz folklor mühiti” və “Qaşqay folklor örnəkləri. I cild” kitablarının təqdimat mərasimi keçirildi...

 Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda bir çox şöbələr fəaliyyət göstərir ki, bunlar arasında “Cənubi Azərbaycan folkloru” şöbəsinin adı hər zaman xüsusi rəğbətlə çəkilir. Belə ki, yarandığı on illik zaman kəsiyində şöbədə Güneydə yaşayan çoxsaylı soydaşlarımızın dilindən yazıya alınmış çeşidli ağız ədəbiyyatı nümunələrinin, aşıq yaradıcılığı sahəsində fəaliyyət göstərən ozanlarımızın ifa etdikləri aşıq havaları və dastanların yazıya alınaraq kitablaşdırılması nəticəsində ortaya qoyulmuş 16 cildlik “Güney Azərbaycan folklor örnəkləri” toplularının təqdimatı da görülən möhtəşəm işin və gərgin zəhmətin bəhrəsi ilə elmi və ədəbi ictimaiyyəri tanış etmək məqsədi daşıyırdı. Bir növ hesabat xarakteri daşıyan bu görüşə təşrif buyuran çox hörmətli söz və qələm adamları, yaradıcı ziyalılarımız, görkəmli alim və tədqiqatçılarımızın da hər biri öz çıxışında milli folklorumuzu elin yaratdığı və elin dilində-ağzında yaşayan yaradıcılıq sahəsi kimi xarakterizə etməklə yanaşı, bu sahədə mövcud olan xalq yaradıcılığı nümunələrinin toplanması, tədqiqi, araşdırılması və nəşri sahəsində fədakarlıqla çalışan elm adamlarının boynuna düşən çətin missiyanın öhdəsindən necə şərəflə gəldiklərini dilə gətirərək təqdir etdilər.

Təqdimat mərasimini giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi “Cənubi Azərbaycan” şöbəsinin rəhbəri, şair Sayman Aruz açaraq, Güneyimizdə yaşayan soyadaşlarımızın dildən-dilə, ağızdan-ağıza ötürərək yaşatdıqları çox zəngin folklor xəzinəsinin mövcudluğundan danışdı, Folklor İnstitutunda son illər ərzində həmin folklor örnəklərinin toplanaraq nəşrinə nail olunmasını mühüm dövlət əhəmiyyətli milli məsələ kimi dəyərləndirdi. “Cənubi Azərbaycan folkloru” şöbəsinin müdiri Mətanət Abbasovaya və şöbə əməkdaşlarına bu çətin və şərəfli işlərində daha böyük uğurlar arzuladı. Mətanət xanım da öz növbəsində Sayman bəyə təşəkkür etdi, Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanovun layihəsi əsasında bir-birinin ardınca çap olunmuş 16 cildlik “Cənubi Azərbaycan folklor örnəkləri” seriyasından olan kitablar və burada toplanmış folklor materiallarının janr özəllikləri, toplanma arealı, zaman, məkan və sosial-siyasi şərtlər çərçivəsində necə böyük zəhmətlə ərsəyə gəlməsi barədə məlumat verdi.

 1714669739235

Qeyd etdi ki, “Güney Azərbaycan folklor örnəkləri” seriyasından sonuncu XVI cildin materiallarını toplayan və önsözün müəllifi dəyərli folklor tədqiqatçısı – Güney əsilli soydaşımız Aqşin Ağkəmərlidir. M.Abbasova bu cildin  ərsəyə gəlməsində xüsusi əməyi olan Aqşin bəyə minnətdarlığını bildirdi, bugünədək şöbə əməkdaşlarının gərgin əməyi və fədakarlığı hesabına işıq üzü görmüş 16 cildlik Güney folklor nümunlərinin, ayrıca nəşr olunmuş “Qaşqay folklor örnəkləri”, eləcə də müəllifi olduğu “Təbriz folklor mühiti” kitablarının nəşrə hazırlanması və işıq üzü görməsinin sevincini bölüşdü. İnstitutun direktoru, akademik Muxtar İmanova, əldə olunan mətnləri mənbələrdən transliterasiya etməklə və səsli fayllardan dinləməklə dastanları yazıya alan şöbə əməkdaşlarına ayrı-ayrılıqda dərin təşəkkürünü bildirdi. Bu sahədə işin davamlı olaraq və sistemli şəkildə aparıldığı haqda məlumat verdi.

Tədqiqatçı Aqşin Ağkəmərli çıxışında Folklor İnstitutu ilə əməkdaşlığından qürur duyduğunu və toplama işini zövqlə yerinə yetirdiyini dilə gətirərək, Mətanət xanıma və şöbənin sayğıdəyər işçilərinə minnətdarlıq etdi.  

Mərasim iştirakçılarına cidlərdən nümunələr paylandı. Toplulardakı folklor örnəkləri ilə tanış olan alimlər və ziyalılarımız öz çıxışlarını bu nümunələrin təhlili üzərində quraraq, görülən işin əhəmiyyətini yüksək dəyərləndirdilər, milli dövlətçiliyimiz, milli birliyimiz yolunda aparılan bu mücadilədə institut əməkdaşlarına yeni-yeni uğurlar arzuladılar.

1714669739084

Mərasim İnstitutun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmlinin aparıcılığı ilə davam etdirildi. AMEA Tarix İnstitutunun əməkdaşları, professorlar Şahin Fazil və Eynulla Mədətli, tanınmış ictimai xadim Zəlimxan Məmmədli, respublikanın xalq artisti Eldost Bayram, professor Minaxanım Təkəli, Azərbaycan Teleradio Verilişləri Şirkətinin əməkdaşları Zərnişan Ağayeva, Tahir Talıblı, Atatürk Mərkəzinin şöbə müdiri, folklorşünas, dosent Nazir Əhmədli, AzərTac-ın müxbiri Zərəngiz Dəmirçi, ADPU-nun müəllimi Fazilə Yəhya, şair-tərcüməçi Giya Paçxataşvili, qocaman jurnalist Rəhim Hüseynzadə, şairlərdən Maşallah Məftun, Zaməddin Ziyadoğlu, Rafail İncəyurd, Folklor İnstitutunun əməkdaşları Ləman Süleymanova və Atəş Əhmədli, dəyərli ziyalımız Etibar Əliyev, AHB TV-nin əməkdaşı Rüfət Muradlı, Təbriz əsilli ziyalımız Cavad Həssas, ustad aşıq Cahangir Quliyev, hərbçi, bədii qiraətçi Cəbrayıl Qənbər, muğam ifaçısı Hüsniyyə İsmayıllı və digər iştirakçılar çıxış edərək, Güney Azərbaycan mövzusunu günümüzün ən ağrılı, ən kövrək və həssas bir məsələ kimi səciyyələndirdilər, xatirələr dilə gəldi, folklor nümunləri, şeirlər və muğam parçaları səsləndirildi.

Folklorumuza, dilimizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə, kökümüzə, soyumuza dəyər verə bilən insanların bir yerə toplandığı bu mərasimdə Güney həsrətinin, Güney intizarının sona yetəcəyi günə inamını bildirən hər kəsin ürəyindən bu nida qopurdu: “Sən türksən kirpikdən-qaşacan, Təbriz”!

  Qiymət Məhərrəmli,

Filologiya üzrə fəlsəfə doktoru, şair

 

 

Pin It

CƏMİYYƏT

13-Yan-2025 By Asif Memmedov

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ…

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin

11-Yan-2025 By Elbar Şirinov

DSX-NİN HƏRBİ HİSSƏLƏRİNDƏ OLAN NİZAM-İNTİZAM…

Əsgər Fatih Əmirbəyli: “Elvin Rzayev mənimlə hərbi

10-Yan-2025 By Asif Memmedov

Bakıya tramvay gəlir- hazır olun!

Çoxdan gözlənildiyi kimi, Bakıda tramvay xəttinin

SİYASƏT

10-Yan-2025 By Elbar Şirinov

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN…

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livanda

08-Yan-2025 By Elbar Şirinov

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ…

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkl

08-Yan-2025 By Elbar Şirinov

UKRAYNADAKI ATƏŞKƏS I DÜNYA MÜHARİBƏSİNİN…

Ukraynada atəşkəs Birinci Dünya Müharibəsinin təkr

07-Yan-2025 By Elbar Şirinov

ƏHMƏD ƏHMƏDZADƏ "ŞƏRƏF" ORDENİ İLƏ…

Əhməd Əhmədzadə “Şərəf" ordeni ilə təltif edilib.

28-Dek-2024 By Elbar Şirinov

AZƏRBAYCANDA 2025-Cİ İL "KONSTİTUSİYA VƏ…

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenli

MƏDƏNİYYƏT

14-Yan-2025 By Asif Memmedov

BU GÜN ONUN 115 YAŞI…

 ...Bu gün BDU-nun sabiq rektoru (1944-1950), İnsa

13-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ UCARDA UŞAQLARI…

Ucarda uşaq yazıçısı Gülzar  İbrahimova ilə görüş

13-Yan-2025 By Elbar Şirinov

GİYA PAÇXATAŞVİLİNİN ƏDƏBİ MÖVQEYİ

Giya Paçxataşvilinin poeziyamıza olan sevgisinin ö

09-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ KÜRDƏMİRLİ UŞAQLARI…

Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucula

08-Yan-2025 By Elbar Şirinov

"CEYMS BOND" FİLMİNİN AKTYORU DÜNYASINI…

Meksikalı aktyor Emilio Eçevarria 81 yaşında vəfat

07-Yan-2025 By Yasemen Memmedov

MÜĞƏNNİ FƏXRİ ADLARIN PULLA SATILDIĞINI…

Sənətçi Təranə Qumral sənət adamlarına fəxri adlar

KRİMİNAL

14-Yan-2025 By Elbar Şirinov

33,5 KİLOQRAMDAN ÇOX QIZIL-ZİNƏT ƏŞYALARI…

2024-cü il ərzində həyata keçirilmiş tədbirlər nət

14-Yan-2025 By Elbar Şirinov

NƏRİMANOVDA ƏMƏLİYYAT: 11 KİLOQRAM NARKOTİK…

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şö

14-Yan-2025 By Elbar Şirinov

İSMAYILLIDA ƏMƏLİYYAT KEÇİRİLİB: HƏBS OLUNAN…

İsmayıllıda əməliyyat keçirilib, rayon sakinindən

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

14-Yan-2025 By Elbar Şirinov

BANK RƏHBƏRLƏRİ 1,4 MİLYARDDAN ÇOX…

Rusiya banklarından birinin direktorlar şurasının

14-Yan-2025 By Elbar Şirinov

HAVA LİMANINDA BU SƏBƏBDƏN UÇUŞLAR…

“Rosaviatsia” xəbər verir ki, İjevsk hava limanınd

14-Yan-2025 By Elbar Şirinov

ƏGƏR TRAMP PREZİDENT SEÇİLMƏSƏYDİ...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp 2024-

14-Yan-2025 By Elbar Şirinov

MAKRONLA ZELENSKİ QƏRB QOŞUNLARININ UKRAYNAYA…

Fransa Kiyevə öz əsgərlərini Ukraynada yerləşdirmə

14-Yan-2025 By Elbar Şirinov

2-Sİ AZYAŞLI OLMAQLA 6 NƏFƏR…

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirl

14-Yan-2025 By Elbar Şirinov

CORATDA SİLAH-SURSAT AŞKARLANIB -…

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

08-Yan-2025 By Elbar Şirinov

8 YANVARIN ULDUZ FALI

Gün məşğul olmağı vəd edir, lakin dincəlmək üçün v

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

14-Yan-2025 By Yasemen Memmedov

"…

“Sutikinti” müəssisəsi adını və təşkilati-hüquqi f

TƏHSİL

13-Yan-2025 By Yasemen Memmedov

MAGİST…

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçü