DİNİ QURUMLARIN RƏHBƏRLƏRİ AZƏRBAYCAN PREZİDENTİNƏ TƏŞƏKKÜR EDİBLƏR

DİNİ QURUMLARIN RƏHBƏRLƏRİ AZƏRBAYCAN PREZİDENTİNƏ TƏŞƏKKÜR EDİBLƏR

Azərbaycan Prezidenti İlham Əliyevin dini qurumlara maliyyə yardımı göstərilməsi ilə bağlı Sərəncamına görə, dini qurumların rəhbərləri ona təşəkkür e...

ABŞ GÜRCÜSTANLA OLAN BÜTÜN ƏLAQƏLƏRİ DAYANDIRIB, SANKSİYALAR TƏTBİQ EDİB VƏ...

ABŞ GÜRCÜSTANLA OLAN BÜTÜN ƏLAQƏLƏRİ DAYANDIRIB, SANKSİYALAR TƏTBİQ EDİB VƏ...

"Biz Gürcüstan hökumətinin hərəkətlərindən ciddi şəkildə narahatıq".

ZAMANIN DƏYİŞMƏZ BÖYÜK ADAMI…

ZAMANIN DƏYİŞMƏZ BÖYÜK ADAMI…

…Yəqinki hüquq sahəsi üzrə görkəmli alim, Azərbaycanın Əməkdar hüquqşünası, professor, Rusiya Elmlər Akademiyasının akademiki,

QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

Son günlər oxuyub başa çatdırdığım 493 səhifəlik kitab “Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən represiya edilmiş (acı həqiqətlər, ağrılı f...

ÖLKƏ SÜRƏTLƏ QOCALIR: EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ!

ÖLKƏ SÜRƏTLƏ QOCALIR: EKSPERTLƏRDƏN HƏYƏCAN TƏBİLİ!

Təcrübə göstərir ki, sosial problemlər həmişə ölkənin demoqrafik göstəricilərinə birbaşa təsir edir...

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ PREZİDENTİ HƏBS ETDİ!

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ PREZİDENTİ HƏBS ETDİ!

Dünya siyasətində baş verən elə hadisələrlə rastlaşırıq, sadəcə, bəzən adamın inanmağı gəlmir...

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Tbilisidə keçirilən aksiyada

Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Tbilisidə keçirilən aksiyada

Maraqlıdır ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rot Rustaveli prospektində parlamentin qarşısındakı mitinqə qatılıb.

Я не понимаю тех СМИ Азербайджана...

Я не понимаю тех СМИ Азербайджана...

Я не понимаю тех СМИ Азербайджана, кто противостоит выбору армянского народа – путь в европейское сообщество.

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ SAHƏSİNDƏ RESTORAN TİKİB, GÖL DÜZƏLDİB

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanovun vaxtilə bələdiyyə sədri işlədiyi Talıstan kəndi ərazisindəki balıq və qaz-ördə...

MEDİA

16-Yan-2025 By Asif Memmedov

ABŞ GÜ…

"Biz Gürcüstan hökumətinin hərəkətlərindən ciddi ş

Detay

Mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir.

Tezadlar.az xəbər verir ki, Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü üçün “Muzeylər, təhsil və tədqiqat” devizi seçilib.

Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.

Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da geniş miqyasda qeyd edilir.

Eramızdan əvvəl XVI əsrdə Krit, XIII-XII əsrlərdə Çin, III əsrdə Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin, sənədlərin saxlandığı məkanların müasir muzeylərin sələfləri hesab olunduğunu nəzərə alaraq, ölkəmiz ərazisində qurulmuş Atropatena və Albaniya dövlətləri hökmdarlarının saraylarını da belə yerlər kimi qeyd etmək yerinə düşər. Erkən və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr tərəfindən kolleksiyaçılıq ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray kitabxanalarında mühafizə edilib.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin təşkilinə təkan verib. İlk belə muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm kənd məktəbində təşkil olunub.

Ötən əsrin əvvəllərində isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində pedaqoji, həmçinin Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin mənafeyinə uyğun fəaliyyət göstərib. Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib. Azərbaycanda dövlət səviyyəsində 1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə təməli qoyulmuş ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.

Sovet hakimiyyətinin ilk illərində Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə edilmiş qiymətli sənət əsərləri bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər verən daş abidə kimi qiymətlidir. Ona görə də bu yerə bəzən “Muzey içində muzey” də deyirlər.

Ötən əsrin 30-cu illərindən etibarən bir-birinin ardınca mahiyyətinə görə müxtəlif təmayüllü - dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda yeni muzeylər fəaliyyətə başlayıb.

Canlı muzey olan və bu gün düşməndən azad edilən Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib.

Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, mənzil, bölgələrdə tarix-diyarşünaslıq muzeyləri məhz Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılıb.

Dahi rəhbərimizin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin təşəbbüsü ilə 1993-cü ildə Nazirlər Kabinetində muzey işçilərinin respublika müşavirəsi keçirilib, 1994-cü ildə isə bu müşavirənin materialları əsasında “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” qərar qəbul edilib. 2000-ci il martın 24-də qüvvəyə minmiş “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını və müvafiq münasibətləri tənzimləyir. Bu sənədə əsasən muzey - maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.

Ümummilli Lider tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində “Şirvanşahlar Sarayı Kompleksi”, Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.

Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.

Ümummilli Liderimizin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilməlidir.

Hazırda ölkəmizdə fəaliyyət göstərən muzeylər və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.

Pin It

CƏMİYYƏT

16-Yan-2025 By Elbar Şirinov

DİNİ QURUMLARIN RƏHBƏRLƏRİ AZƏRBAYCAN…

Azərbaycan Prezidenti İlham Əliyevin dini qurumlar

15-Yan-2025 By Elbar Şirinov

QARANLIĞA İŞIQ SALAN TƏDQİQAT KİTABI

Son günlər oxuyub başa çatdırdığım 493 səhifəlik k

13-Yan-2025 By Asif Memmedov

BAŞÇININ MÜAVİNİ ZƏBT ETDİYİ TORPAQ…

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavin

SİYASƏT

15-Yan-2025 By Asif Memmedov

CƏNUBİ KOREYADA İNANILMAZ HADİSƏ: MÜSTƏNTİQ…

Dünya siyasətində baş verən elə hadisələrlə rastla

10-Yan-2025 By Elbar Şirinov

FİDAN: LİVANDA ATƏŞKƏS YAXIN ŞƏRQİN…

Türkiyənin xarici işlər naziri Hakan Fidan Livanda

08-Yan-2025 By Elbar Şirinov

PAŞİNYAN BİR ŞƏRTLƏ AZƏRBAYCANLA MÜQAVİLƏ…

Ermənistan Azərbaycana sazişin iki bəndi üzrə təkl

08-Yan-2025 By Elbar Şirinov

UKRAYNADAKI ATƏŞKƏS I DÜNYA MÜHARİBƏSİNİN…

Ukraynada atəşkəs Birinci Dünya Müharibəsinin təkr

07-Yan-2025 By Elbar Şirinov

ƏHMƏD ƏHMƏDZADƏ "ŞƏRƏF" ORDENİ İLƏ…

Əhməd Əhmədzadə “Şərəf" ordeni ilə təltif edilib.

MƏDƏNİYYƏT

15-Yan-2025 By Asif Memmedov

“Azərbaycan kinosunun…

  Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon

15-Yan-2025 By Yasemen Memmedov

SEVİNC HEYDƏROVA SAXTA SERTİFİKATLA ƏMƏLİYYATLAR…

"Türkiyə Cümhuriyyətinin Baş Prokurorluğu Xalq art

14-Yan-2025 By Asif Memmedov

BU GÜN ONUN 115 YAŞI…

 ...Bu gün BDU-nun sabiq rektoru (1944-1950), İnsa

13-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ UCARDA UŞAQLARI…

Ucarda uşaq yazıçısı Gülzar  İbrahimova ilə görüş

13-Yan-2025 By Elbar Şirinov

GİYA PAÇXATAŞVİLİNİN ƏDƏBİ MÖVQEYİ

Giya Paçxataşvilinin poeziyamıza olan sevgisinin ö

09-Yan-2025 By Asif Memmedov

YAZIÇI BU DƏFƏ KÜRDƏMİRLİ UŞAQLARI…

Uşaq yazıçısı Gülzar İbrahimova Kürdəmirdə oxucula

KRİMİNAL

15-Yan-2025 By Elbar Şirinov

CƏLİLABADDA 10 KİLOQRAM NARKOTİK VASİTƏ…

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz d

14-Yan-2025 By Elbar Şirinov

33,5 KİLOQRAMDAN ÇOX QIZIL-ZİNƏT ƏŞYALARI…

2024-cü il ərzində həyata keçirilmiş tədbirlər nət

14-Yan-2025 By Elbar Şirinov

NƏRİMANOVDA ƏMƏLİYYAT: 11 KİLOQRAM NARKOTİK…

Nərimanov Rayon Polis İdarəsinin və ərazi polis şö

TEXNOLOGİYA

16-İyl-2024 By Elbar Şirinov

RUSİYADA WHATSAPP-IN YAVAŞLAMASI TƏKZİB EDİLİB

Bəzi bölgələrdə WhatsApp-ın işində fasilələr antit

20-İyun-2024 By Yasemen Memmedov

BU İL AKİA-NIN TEXNİKA SATIŞI…

Bu ilin yanvar-may ayları ərzində Aqrar Kredit və

HADİSƏ

16-Yan-2025 By Yasemen Memmedov

ÇİMNAZ SULTANOVA BSM-DƏ YANLIŞ ƏMƏLİYYAT…

Dünyasını dəyişən aktrisa Çimnaz Sultanova Bakı Sa

16-Yan-2025 By Yasemen Memmedov

"XƏSTƏLİYİ BARƏDƏ KONFİDENSİALLIĞIN QORUNMASINI TƏLƏB…

Mərhum aktrisa Çimnaz Sultanovanın ölümünə səbəb o

16-Yan-2025 By Elbar Şirinov

ETSN-DƏ YENİ TƏYİNAT

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji

16-Yan-2025 By Asif Memmedov

AXMAQLIQ: QAÇIRDIĞI 10-CU SİNİF ŞAGİRDİNİ…

Qız qaçırma çoxdandır adam oğurluğu cinayəti sayıl

16-Yan-2025 By Elbar Şirinov

LUKAŞENKOYA HƏDİYYƏ EDİLƏN MOTOSİKLETİN QİYMƏTİ…

“Motovelozavod” komandası Belarusun rəhbəri Aleksa

16-Yan-2025 By Elbar Şirinov

MN: GƏNC ƏSGƏRLƏRLƏ GÖRÜŞƏ…

Ölkəmizdə qış mövsümündə havaların soyuq keçməsi i

GÜNDƏM

SƏYAHƏT

SİYASƏT

HADİSƏ

SAĞLAMLIQ

16-Yan-2025 By Yasemen Memmedov

DÖVLƏT AGENTLİYİ UŞAQLAR ARASINDA YAYILAN VİRUSLA…

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi

Jurnalistler

IMAGE
MİN AYA DƏYƏN ÖMÜR...
Wednesday, 25 Dekabr 2024
By Şakir Qurbanov

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN

İQTİSADİYYAT

16-Yan-2025 By Yasemen Memmedov

AZƏRBA…

Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə

TƏHSİL

16-Yan-2025 By Yasemen Memmedov

BANM-N…

Güldənə Hidayətli Bakı Ali Neft Məktəbinə strateji