booked.net booked.net  

 Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında həyata keçirilən “Kitabxanaya kitab hədiyyə edirik”

və “Yaradıcı oxucularımız” layihələri davam edir. Layihə çərçivəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucuları, şair-publisist, esseist, Prezident təqaüdçüsi, Rəsul Rza mükafatı laureatı Şahnaz Şahin və yazıçı, şair-publisist Günel Rəcəb kitablarını kitabxanaya hədiyyə etdilər.

Yazıçı Şahnaz Şahinin “Zəfər nəğmələri” kitabı Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərimizə və igidliklə döyüşmüş qazilərimizə həsr olunmuş şeir, poema və esselərdən ibarətdir.

“O sözəcən...” kitabına müəllifin 2008-2017-ci illərdə yazdığı şeirlər, xalq şairi Rəsul Rzaya ithaf etdiyi “Darısqallıq həddi“ poeması və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf etdiyi “Mübariz” poeması daxildir. “Mübariz” poeması Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun keçdiyi döyüş yoluna həsr olunub, Mübarizin həyatı ağ kətan üzərinə çəkilmiş bir sənət əsərinə bənzədilir.

 “Sabirabad şəhidləri” kitabında Vətən müharibəsində  ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan sabirabadlılar haqqında böyük fəxarət hissi ilə məlumat verilib.

  Sabirabad rayonu müharibədə 44 şəhid verdi. Şahnaz Şahi şəhid ailələri ilə  görüşüb, şəhidlərin keçdiyi döyüş yolu haqqında məlumat toplayıb. İgidlərimizin yaşadıqları qısa, amma şərəfli ömür yolunu  gələcək nəsillərə tanıtmaq üçün bu kitabı qələmə alıb.

Şahnaz Şahinin “Şuşa haqqı” kitabına səkkiz şeir, üç poema daxildir. Şeirlərdə müharibədə rəşadətlə döyüşərək şəhid olmuş igid obrazı yaradılib. Şair öz qəhrəmanını həyat eşqi gözündə parlayan, ağır döyüşlərdən qalib çıxaraq, canı qədər sevdiyi torpağın üstündə yatan əsgər kimi təsvir edir.

“Zəfər nəğmələri” poemasında ağır döyüşlərin başlanmasından danışılır, şir ürəkli igidlərimizin canlı obrazları yaradılıb.

 Şahnaz Şahinin “Xocalının Sərvəri” povesti Xocalı müsibətlərinin canlı şahidi “Azərbaycan Bayrağı” ordenli Sərvər Məmməd oğlu Rəcəbova həsr edilib. Əsərdə Azərbaycanın tarixi əraziləri, Qarabağ haqqında maraqlı məlumatlar verilir. Müəllif Sərvərin döyüş yolunu, onun Xocalı qırğınında yurddaşlarımızı necə xilas etməsi, xocalıları Ağdama çatdırılma səhnələri olduqca təsirli təsvir ediir.

 Şair, yazıçı-publisist Günel Rəcəbin “Orfolənd” hekayəsi ağıllı, cəsarətli, mərhəmətli, fərqli düşüncəyə malik olan Aynur adlı məktəbli qıza həsr olunub. Aynurun xətti çox pis olduğuna görə anasını məktəbə tez-tez çağırıb danlayırlar. Bu səbəbdən anası onu yay tətilində kampa göndərir. Lakin Aynurun xəttində heç bir dəyişiklik olunur. Bir gün o, növbəti hərfi yazdığı zaman  sonuncu hərfi dəftərdəki qırmızı xətti keçir. Bunu görən müəllim dayanmaq işarəsi verir, bu zaman möcüzə baş verir və Aynur kiçilərək dəftərin içində qeyb olur. Gözünü açdıqda özünü hərflərin dünyasında görür, hərflərin yaşadığı həyatla tanış olur və onların başına gələn macəraları görür.

“Ovsun” kitabında şairin altmış yeddi şeiri var. Şeirlərin əksəriyyəti lirik və sevgi mövzusundadır. “Analar görmüşəm saçını yolan” şeiri  vətənpərvərlik  mövzusunda yazılmışdır.

Şair “Uşaq öləcəm” şeirində həyatından, gəncliyindən  şikayətlənir. “Bütün payız rənglərinə”, “Əlini yağışa uzatma!” şeirləri isə təbiət mövzusundadır.

G.Rəcəbin “Qış yuxusu” nağılında payızın son ayı təsvir  olunur. Marmotlar ailəsi qış yuxusuna hazırlaşır. Kiki isə qış yuxusuna getmək istəmir. O özünə söz verir ki, bu qış yatmayacaq. Kikinin ən böyük arzusu qışın gözəlliklərini görmək və meşənin şəklini çəkmək olur. Ağ örpəyə bürünmüş meşənin şəklini çəkdikcə o, ailəsinin bu şəkilləri görsə sevinəcəyini düşünür. Axı onlar, qışın bu gözəlliklərini heç vaxt görməmişdilər. Bu isə Kikini çox kədərləndirir.

Kiki “Qış qülləsində” Qar adamlarla birlikdə şənlik keçirir. Şaxta baba Kikiyə “Macəra  albom”unu bağışlayır və uçan arabasında Kikini evlərinə gətirir. Kiki astaca  yerinə girib “Macəra  albom”unu yanına qoyub qış  yuxusuna gedir.

Kitablar müəlliflər tərəfindən M.Ş.Vazeh adına Mərkəzi Kitabxanaya hədiyyə edilmişdir.

Y.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
RAMİZ ƏSGƏR İTKİSİ...
çərşənbə, 22 Mayis 2024
By Elman ELDAROĞLU

Tezadlar Arxiv

İDMAN