booked.netbooked.net booked.net  

Əsgər Əyyub oğlu Ələkbərov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Prezidentin imzaladığı digər sərəncamla Şahin Kamil oğlu Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, Şahin Seyidzadə Milli Məclisin deputatıdır.

Şahin Kamil oğlu Seyidzadə (15 aprel 1978Bakı) eyni zamanda, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Sosial layihələr" müsabiqəsinin (2019-cu ildən), Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarının İcra Komitəsinin rəhbəridir (2015-ci ildən).

Ş.Seyidzadə 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib.

1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr pilləsini bitirib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Menecment" ixtisası üzrə magistr dərəcəsi alıb.

2007-ci ildə Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin "Təhsilin təşkili və idarəetməsi" ixtisası üzrə təhsil alıb.

2007-ci ildə isə İngiltərənin Mançester Universitetinin "Təhsilin təşkili və idarəetməsi ixtisası" üzrə magistr dərəcəsi alıb.

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Təhsilin təşkili və idarəetməsi" üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır. İngilis və rus dillərində sərbəst danışa bilir.

E.ŞİRİNOV 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN