booked.netbooked.net booked.net  

...2021-ci ilin dekabr ayında Xalq yazıçısı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əzizə xanım Cəfərzadənin 100 illik yubileyi tamam olmuşdur. Bununla əlaqədar olaraq Hacıqabul rayon Mərkəzi kitabxanasında "Tədbirlər planı" tərtib olunmuşdur. Tədbirlər planının əsasında yazıçının həyat və yaradıcılığına həsr olunmuş müxtəlif tədbirlər hazırlanaraq həyata keçirilmişdir.
Mərkəzi kitabxananın təşəbbüsü ilə ədəbiyyata, mütaliəyə hər zaman dəyər vermiş Əzizə xanım Cəfərzadənin əziz xatirəsinə həsr olunmuş “Qış Karvanı” layihəsinə start verilmişdir. Karvan ilk olaraq Əzizə xanımın doğma yurdu Tağılı kəndinə yol almış, kənd məktəbində sərgilər açılmışdır.
“Qış Karvanı” layihəsi öz işini davam etdirərək rayonun digər ümumtəhsil məktəblərində də Əzizə xanımın əziz xatirəsinə həsr olunmuş tədbirlərini davam etdirmişdir.
Layihənin yekunu olaraq 10 mart 2022-ci il tarixində Hacıqabul rayon Mərkəzi kitabxanası, Qarasu kənd kitabxanası və şəhər Folklor klubunun birgə təşkilatçılığı ilə  Əzizə xanımın oğlu Turan İbrahimov ilə “Aləmdə səsi, ədəbiyyatımızda izi qalan həmyerlilərimiz” adlı görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan  Qarasu kənd kitabxana filialının müdiri Şamil Azadov yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat vermişdir.
Sonra MKS-nin direktoru Dövran Həsənov çıxış edərək,  qonaqları və tədbir iştirakçılarını salamlamış, keçən dövr ərzində görkəmli yazıçımız Əzizə Cəfərzadənin 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdən söhbət açmışdır.
Daha sonra “Mədəni İrs ” qəzetinin təsisçisi Mübariz Xəlilov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Məhəmməd İsayev, Mərkəzi Kitabxananın əməkdaşı Aytəkin Mirzəyeva , şairə Sara Selcan, Şorbaçı kənd məktəbinin direktoru Kamal Əsgərov, müəllimi Əmrah Şirvanlı, Erkin Cəfərzadə çıxış edərək yazıçının yaradıcılığı  ilə bağlı xoş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.
Xalq yazıçısının oğlu Turan İbrahimov tədbir iştirakçılarına Əzizə Cəfərzadənin son illərdə nəşr olunmuş əsərləri haqqında maraqlı məlumatlar vermiş, tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirmişdir. Sonda xatirə şəkilləri çəkilmişdir.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN