booked.netbooked.net booked.net  

İtaliyanın ən böyük qapalı arenalarından olan “PalaOlimpico”da təşkil edilən 66-cı “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb. Azərbaycan təmsilçisi Nadir Rüstəmli “Fade To Black” adlı mahnını ifa edib.

Turin şəhərinin ev sahibliyi ilə keçirilən “Eurovision 2022”nin ikinci yarımfinalında iştirak edən 18 ölkədən ancaq 10-u final mərhələsinə adlaya bilib.

Azərbaycan da daxil olmaqla Belçika, Çexiya, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya finala vəziqə qazanıb.

Qeyd edək ki, mahnı müsabiqəsinin birinci yarımfinalında 10 ölkə - Norveç, Yunanıstan, Ukrayna, Moldova, Niderland, İsveçrə, İslandiya, Litva, Portuqaliya və Ermənistan finala çıxmışdı.

Fransa, Almaniya, İspaniya, Böyük Britaniya və ev sahibi İtaliya yarışmaya birbaşa finaldan qoşulacaq. Şüarı “The Sound of Beauty” (“Gözəlliyin Səsi”) olan “Eurovision 2022”nin finalı mayın 14-də keçiriləcək.

Xatırladaq ki, finalda ümumilikdə 25 ölkənin təmsilçiləri çıxış edəcəklər.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN