booked.netbooked.net booked.net  

2014-cü ildə “Avroviziya” mahnı yarışmasında iştirakçı olmuş, müğənni Dilarə Kazımova, bu günlərdə  dostlarından birinin ad günündə səhnəyə  soyunub elə alt paltarında çıxıb.

P.S. “Avroviziya” yarışmasında iştirak etdiyi vaxtda müğənni kimi 22-ci yeri tutsa da, dostunun ad günündə soyunub striptiz  göstərməklə  birinci yeri tutması heç kəsdə şübhə doğurmur. Onu da deyək ki, Dilarə striptiz üçün bir az kökdür. Amma day neyləyək, olanımız budur dəə...

***

Azərbaycanlı model Rüstəm Cəbrayılov uzun müddətdir işsiz qaldığını bildirirərkən bir sayta belə deyib: “Daimi iş axtarıram. Bir çox yerə CV göndərdim, baxan olmadı. Əlimdən hər iş gəlir. Bildiyiniz iş varsa, xəbər edin”.

P.S. Ay model oğlan, ay  belə canım sənə desin Rüstəm bəy,  bu millət iş verən deyil axı. İstəsən sənə bir neçə il iş verə bilərlər, amma bu, yaxşı çıxmaz. Ayıb olar. İşverənlik əlimizdən gəlmir dayna. Sən də düşüb iş verən axtarırsan...

***

Məlum olduğu kimi “Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycan təmsilçisi Nadir  Rüstəmli 25 ölkə arasında 16-cı olub.

P.S. O sifətə, o geyimə və o mahnıya  16-cı yer veriblərsə, Nadir papağını göyə atsın.  Görəsən, papağını hara  atsan müğənniyə dəydiyi Azərbaycanda  hoppanıb-düşən bir  normal müğənni tapa bilmədilər? Təmsilçimiz Nadirin geyimi onu bomja, saqqalı isə terrorçuya oxşadırdı. Səhnədəki pilləkənlərin “skamyasında” uzanıb oxumağı görəsən, hansı ağılsız icad edib? Mahnı isə ağlaşma üzərində qurulub. Avropalılara isə ritmik, yaxşı hoppanıb-düşməyi bacaran lazımdır. Yəqin  bu ilki  “Avroviziya” fiaskosuna  görə, kimlərsə mütləq cəzalanacaq və növbəti dəfə yarışa terrorçu və bomj sifətində yox, bir normal adam tapıb göndərəcəklər.

***

Rəqqasə Oksana Rəsulova “MTV- Maqazin”  verlişində oğlu Osman dünyaya gələndən sonra evinə heç kimi buraxmadığını bildirərək belə deyib: “Osman dünyaya gəldikdən sonra mən evimə heç kimi buraxmıram. Pandemiya dövründən sonra, ümumiyyətlə, qohumlarımı belə buraxmıram.”

P.S. Belə yerdə deyiblər e, görməmişin bir oğlu oldu, dartıb nə bilib, nəyini çıxartdı. Rəhmətliyin qızı, elə bil dünyaya oğlan uşağı gətirən tək sənsən. Uşağı da bəhanə eləmə.  Day denən ki, evimə heç kəsin gəlməsini istəmirəm dəə...

***

Müğənni Faiq Ağayev  “Baku TV”-də yayımlanan “O kimdir?” verlişində müğənnilərin geyimindən danışarkən deyib: “Artistə  geyimə görə irad tutarlar? Bu, onun rollarıdır. Artist bu gün “Peyğəmbər”, sabah “İblis” rolunu oynaya bilər”. 

P.S. Amma nədənsə, həmişə oxumaqda yox,  soyunmaqda peşəkar olan  bu Şou biznesin artistlərini  həmişə elə “İblis” rolunda görürük. Sanki bunlar  İblislə əbədi nikah bağlayıblar. Belə yerdə Hüseyn Cavid  əfəndi yaxşı deyib:

“İblis nədir, cümlə xəyanətlərə bais,

Ya hər kəsə xain olan insan nədir, İblis!”

Elə ona görə də bu Şou əhlinin artistləri İblis kimi həmişə bir-birinə xainlik edirlər və bir-birinin ayağından çəkirlər...

***

Qəzetlərin birində Moskvada keçirilən  9 May paradı  barədə yazılan məqaləyə belə başlıq qoyulub: “Kreml nə qədər çalışsa da, 9 May paradı möhtəşəm alınmadı... Daha bir məqam ondan ibarətdir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun paradı qəbul edərkən üzü çox dilxor idi...”        

P.S. Bəs necə olmalıydı? Əlbəttə, Sergey Şoyqunun üzü dilxor olacaqdı və parad da möhtəşəm alına bilməzdi. Sergey Şoyqu hansı üzlə  şənlənməli idi ki? Üç günə Kiyevdə parad keçirməyi hədəfləyən bir ordu, üç aya yaxındır  Kiyevin ətrafına da hərlənə bilmədiklərinə görə  nazir necə sevinsin axı? Dünyanın ən nəhəng orduları arasında ikinci sayılan ordunun, bapbalaca  Ukrayna ordusu qarşısında darmadağın olub, rəzil günə düşməsi və mif olmasına görə, müdafiə naziri sevindiyindən şıllaq atmalı idimi? Ukraynada qanunsuz apardığı müharibədə az qala ordunun  bütün hərbi texnikasının, silah və sursatlarının  metalloma çevrilməsindən sonra 9 May Qələbə paradı necə möhtəşəm alına bilərdi? Faşizim üzərində qələbənin 77-ci ildönümü ərəfəsi Rusiya ordusunun Ukraynada törətdiyi faşizim hərəkətlərinə görəmi Sergey Şoyqunun üzü gülsün? Üç aya yaxındır gedən müharibə dövründə  Rusiya ordusu Ukraynada 25 mindən çox əsgər, zabit və 10-dan çox general itirdiyi üçün necə möhtəşəm qələbə paradı keçirsin? Ümumiyyətlə, Moskva belə “pazor” paradı keçirməsə, daha urvatlı olardı...

***

Həmkarlarımdan biri orta məktəblərdə şagirdlərin intiharından bəhs edən yazısına belə başlıq qoyub: “Məktəblilər arasında intihar halları niyə artıb?”

P.S. Ona görə ki, orta məktəblərdə psixoloqların çoxluğundan boğulsaq da, dişə dəyən bircə nəfər də olsun babat psixoloq yoxdur.  Havayı pul almaqla psixoloq ştatını boş yerə məşğul edən “psixoloqlar, öz funksiyalarını normal yerinə yetirsəydilər, inanıram ki,  məktəblərdə bu qədər intihar halları  baş verməzdi. Yeniyetməlik dövrünə qədəm qoyan bu şagirdlərin hardasa, ilk sevgiləri daşa dəyir, valideynləri onların hansısa istəyini ya yerinə yetirmir, ya da yerinə yetirmək iqtidarında deyil. Bəzən də imtahandan aldığı aşağı qiymətlər şagirdlərdə psixoloji problemlər yaradır. Bu kimi səbəblərdən  belə yeniyetmələr psixoloji zədələr  alırlar ki, bunu psixoloqlar şagirdlərlə mütəmadi apardıqları  ümumi və ya fərdi söhbətlər zamanı müəyyən etməlidirlər. Nə yazıqlar ki, bizdə  psixoloq adını daşıyanlar çox olsa da, psixioloqun özü yox dərəcəsindədir. Məhz  bu səbəbdən də məktəblərdə intiharların sayı artır.

***

Məlumatlara görə Şuşada Türkiyə Konsuluğu açılır.

P.S. Çox gözəl və əla bir təşəbbüsdür. Amma  biz buna xeyli gecikmişik.

ELÇİN

elcinmemmedli This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN