booked.netbooked.net booked.net  

Aparıcı Zümrüd Bədəlova bir sayta verdiyi açıqlamada müğənni Röyanın qısqanc olduğunu bildirərək deyib: “Röya bir dəfə Əkbərə görə məni çox pis acıladı. Röya dostlarına qarşı qısqancdı”.

P.S. Əşi, Allah bu Röyanın xasiyyətini kəssin. Zalımın qızı bütün kişilərə qarşı qısqancdır dəə... Ona görə də, hətta iş adamının oğlu Anarı öz arvadına qısqanaraq əlindən almışdı. Bir uşaqdan sonra həvəsdən düşdü və yazığı geri qaytardı. Əlbəttə, bu, qısqanclıqdan doğan hisslərdir. 

***

Müğənni Şəbnəm Tovuzlu “MTV Maqazin”də qonaq olarkən özü haqda çox yüksək fikirlər səsləndirərək belə deyib: “Üç ildir mən heç bir efirə pul vermirəm. Onsuz da reytinqli ifaçıyamsa, istər-istəməz məni verlişinə dəvət edəcəksən. Çünki sənin mənə ehtiyacın var. Fəxri adım olmasa da, xalq məni sevir deyə, elə xalq artistiyəm.

P.S. Adətən psixoloji problemi olan adamlar özlərini dahi kimi görürlər. Görünür Şəbnəm xanım da depressiyaya düşüb və psixoloji problemi yaranıb deyə, özünü xalq artisti kimi görür. Amma son illər “xalq artisti” adını ucuzlaşdırıb Röya Ayxanın, mərhum Səməd Səmədovun, Faiq Ağayevin, Aygün Kazımovanın, Teymur Əmrahın və s. səviyyəsinə düşməsini nəzərə alsaq, onda tezliklə səsdən və sənətdən uzaq olan Şəbnəm Tovuzlunun da bu ada sahib olacağı təəccüblü görünməyəcək.

***

Aparıcı Vüsalə Əlizadə “İnstaqram” hesabında uzun yarıqlı paltarından baldırları çöldə qalan şəklini paylaşıb ki, buna da guya izləyicilər xoş sözlər yazıblar.

P.S. Görəsən mentaliteti ayaqlar altına atan   Vüsalə Əlizadə kimi bir azərbaycanlı xanımının baldırlarını çöldə qoyması nə vaxtdan xoş sözlərə layiq olub? Bu izləyicilərin özündə görəsən, bir abır-həya varmı? Doğrudan da atalar düz deyib, “kor atın, kor nalbəndi olar”.

***

Xəbər verilir ki, koronavirus pandemiyası bitməmiş, indi də “meymun çiçəyi” virusu gəlir. Bu virus Avropada və ABŞ-da artıq yayılmağa başlayıb.

P.S. İşimiz var də, mən ölüm. 4-5 adda gələn koronavirusu neçə-neçə itkilərlə birtəhər yola verdik. İndi də bu  “meymun çiçəyi”ni “oborota” buraxıblar. Koronavirus 4-5 adda oldu. Meşədə heyvanlar isə çoxdur. Yəqin meymun gedəcək, canavar gələcək, canavar gedəcək, çaqqal gələcək, çaqqal gedəcək tülkü gələcək və s. Deməli, biz olmuşuq təcrübə dovşanı və heyvanlar üzərimizdə təcrübə aparırlar.

***

Məlumatlara görə, Xankəndi separatçılarının Sovet dövründə dissident sayılan Saxarov sevgisi qıcqırıb və onun Moskvada itən heykəli Qarabağda peyda olub.

P.S. Sovet dönəmində demokrat və dissident sayılan akademik Saxarov tipik rus şovonisti idi. ABŞ-da sığınacaq almış Saxarovu B.Yeltsin 1991-ci ildə dəvət edib Rusiyaya gətirmişdi. O dövrdə müstəqilliyə can atan respublikalar barədə SSRİ parlamentində etdiyi imperiyapərəst çıxışı bu gün də yadımdadı: “Hansı respublika müstəqil olmaq istəyir, buraxın, qoy getsin. Onların saxlanmasına sərf edilən pulu Rusiya iqtisadiyyatının və ordusunun güclənməsinə sərf edin. Bundan sonra həmin respublikaları yenidən işğal edərik”.

İndi bu şərəfsizin heykəlinin Xankəndində qoyulması, təbii ki, yolverilməzdir. Amma bu yerdə ustad şairimiz Musa Yaqubun “Pay bölgüsü” şeirindən bir bənd lap yerinə düşür:

“...Bəs ədalətli bölgü hanı?

Bəs Süleyman görkü hanı?

Daşı, daşı- o daşısın,

sən də daşı,

Daşıdığın büst daşıdı,

məzar daşı-

Hamarlıyın, cilalayın,

Bir zərbədən sınıb, gedər,

Büstü sizə qalmayacaq!

Qum altının, daş altının,

Altı sizindir, bilirəm,

Üstü sizə qalmayacaq...”

Ona görə də deyirik ki, artıq bu separatçıların qurub yaratdıqları bizə qalacaq, özləri isə tezliklə torpağın altına gedəcək və o günə çox qalmayıb.

***

Qəzetlərin birində qeyd edilir ki, “rus əsgərlərinin gözü önündə Qarabağ erməniləri bölgəni kütləvi tərk edir”.

P.S. Hələ bu harasıdır? Bu daşnak köpək uşağının dabana tüpürüb Xankəndidən qaçmağını da tezliklə görəcəyik. Hələ o məlum deyil ki, 44 günlük döyüşdə ermənilərin qorxulu röyasına çevrilmiş bizim “Yaşma”nın əlindən qaçmağa macal tapacaqlarmı?

***

Mətbuatdan məlum olur ki, orta məktəblərdə ingilis dili müəllimi Azərbaycan dili və ədəbiyyatı müəllimindən çoxdur.

P.S. Görünür, ABŞ və İngiltərədə, həmçinin Avropada ingilis dili müəllimi “defisit”dir. Ona görə də Avropa məkanının bir üzvü kimi Azərbaycan bu boşluğu doldurmaq məqsədilə ABŞ, İngiltərə və Avropa məktəbləri üçün ingilis dili müəllimi yetişdirməyi öz öhdəsinə götürüb.

***

“Müasir inkişaf” Birliyinin sədri Mübariz Göyüşov mətbuata verdiyi açıqlamada “saxta qazilər”dən danışarkən deyib: “Saxta qazilər” çirkin yollara əl atıb, qazi adından sui-istifadə etməyə cəhd göstərirlər, bu, yolverilməzdir...

P.S. Hörmətli Mübariz bəy, mən səninlə qətiyyən razı deyiləm. Saxta elmi iş, saxta imza, saxta adam və s. ola bilər, “saxta qazi” ola bilməz? İmkan verin “saxta qazi” kimi işsiz, gücsüz olduğundan yazıqlar 5-3 manat qazansınlar dəə... Bunlar heç olmasa dövlət büdcəsini talayan saxta məmurlardan deyil axı...

***

Hazırda həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin xidməti otağından və mənzilindən manat, ABŞ dolları, avro, ingilis funt-sterlinqi, İsveçrə frankı, türk lirəsi, BƏƏ dirhəmi, Rusiya rublu olmaqla ümumilikdə 6,3 milyon manat pul götürüldüyü hazırda keçirilən məhkəmə prosesində məlum olub.

P.S. Bəs xarici banklardakı pulları necə, hesablanıbmı? Bundan əlavə, Azərbaycanda dəyəri milyon manatlarla ölçülən villaları, evləri, maşınları, obyektləri, fermaları necə, aşkar edilibmi? Yoxsa, Vilyam müəllim təkcə 6,3 milyon manatın üzərində oturubmuş? Buna inanaqmı? İnanan daşa dönsün.

***

Azərbaycanda Konstitusiya dəyişikliyi edilməsi ilə əlaqədar referendum keçiriləcəyi ilə bağlı mətbuatda yazılar dərc olunur, şərhlər səslənir.

P.S. Bu məlumatların hardasa əsası var. Çünki Azərbaycanda hər 7 ildən bir referendum keçirildiyini nəzərə alsaq, onda deyilənlər doğrudur. Referendumlar 1995, 2002, 2009, 2016-cı illərdə keçirilib. Deməli, növbəti referendum gələn il, yəni axırıncı referendumdan 7 il sonra, 2023-cü ildə keçiriləcək.

***

Elza Seyidcahan bir mülk məsələsinə görə efirdə bəzi insanlardan 70 min manat pul borc istəyirdi. Salyanın Xələc kəndindən olan şəhid Samir Mehdiyevin atası Valeh Mehdiyevin Elza xanıma pul göndərdiyini və əlavə yenə verəcəyini eşidən kimi, Elza Seyidcahan “Fəxr edirəm ki, məni bu qədər sevirlər” deyərək sevincək efiri tərk edib.

P.S. İnsan gərək daş olsun ki, şəhid atasının, insanlıq göstərərək göndərdiyi pulu qəbul etsin? Dövlətimiz və bütün xalq şəhid ailələrinə yardım, qayğı və diqqət göstərdiyi halda, Elza Seyidcahan şəhid atasının göndərdiyi pula sevinir və ilahi, onu necə də həvəslə qəbul edir.

ELÇİN

elcinmemmedli This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN