booked.netbooked.net booked.net  

Siyəzəndə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqin anadan olmasının 114-cü ildönümü münasibətilə ədəbi-bədii kompozisiya təqdim olunub.

Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdən əvvəl müşfiqsevərlər Siyəzən şəhərində ölməz şairin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Tədbirdə Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında danışılıb, görkəmli poeziya ustasının ədəbiyyatımızda tutduğu mövqedən söhbət açılıb.

Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Milli Məclisin deputatı Sadiq Qurbanov çıxışlarında bildiriblər ki, Mikayıl Müşfiqin yaradıcılığı gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Bildirilib ki, Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. 1902-ci ildə Xızıdan Bakıya köçən atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şerlər yazıb. Körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb.

M.Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.

Mikayıl Müşfiq adına 2 nömrəli tam orta məktəbin direktoru Rəşad Rəhmanov, şair Nəcməddin Mürvətov, filologiya üzrə elmlər doktoru professor Məmməd Əliyev, sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, filologiya elmləri namizədi Rasim Nəbioğlu, "Cabir Novruz" Mədəniyyət Fondunun əməkdaşı Leyla Axundzadə və başqaları tədbirdə çıxış edərək ölməz şairin lirikasının səciyyəvi cəhətlərindən geniş bəhs ediblər.

Bildirilib ki, M.Müşfiq ədəbiyyat tariximizdə, hamımızın qəlbində 30 yaşlı çılğın, romantik xəyallar dünyasında qanadlanan bir gənc kimi qalacaq. Onun dillər əzbəri olan məhəbbət nəğmələrində xalq poeziyasına olan bağlılığı, əsl vətəndaş kimi Azərbaycanımızı böyük məhəbbətlə sevməsi açıq-aydın duyulur.

Tədbirdə məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiya, incəsənət nümayəndələrinin şairin şeirlərinə bəstələnmiş mahnıları böyük maraqla qarşılanıb.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN