booked.netbooked.net booked.net  

Londonda 1-4 iyul tarixlərində keçirilən ənə­nəvi "Royal Windsor Horse Show” - “Vindzor Kral Atçılıq Şousu” başa çat­ıb.

Tezadlar.az-ın məlumatına görə, Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı Azər­baycan Respub­lika­­sının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində mümkün olub.

II Eliza­betin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül” adlı xüsusi şou-kompo­zisiya hər gün təqdim olunub.

Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhid­lərimizin mü­qəd­dəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nüma­yiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyi­mində arenaya çıxan “Sərhədçi” rəqs ansamb­lının möhtəşəm çıxışları, süvariləri­mizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə atsürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanmış, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırmışdır.

Məşhur “Xudayar təsnifi”nin, Tofiq Quliyevin “Qaytağı”sının, Polad Bülbüloğlunun “Eşq və ölüm” baletinin müsiqisi­nin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekran­larda nümayiş etdirilən füsun­kar görün­tüləri ilə müşayiət olunmuşdur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Res­pub­li­kası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrə­manlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunmuşdur.

“Xarı-Bülbül” şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləş­miş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyətimizlə görüş­müş, xatirə fotoşəkili çəkdirmiş, Azərbaycan təmsilçilərinin çıxı­şını möh­təşəm adlandırmış, bu çıxışlardan hər zaman məmnun qalma­sını bil­dirərək Azər­baycan nümayəndələrinin gələcək atçılıq tədbir­lərinə də qatı­lacaqlarına ümidvar olduğunu vurğulamışdır.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN