booked.netbooked.net booked.net  

Samirə Əfəndi "The Most Promising Azerbaijani Artist" mükafatına layiq görülüb.

Bu günlərdə Şimali Kipr Türk Cümhuriyyətində məşhur parlaq nəşr olan En Moda Magazine tərəfindən təsis edilən, ardıcıl altıncı il davam edən beynəlxalq mükafatlandırma mərasimi baş tutub.

“Eurovision” mahnıları “Spotify” platformasında dinlənməkdə və “YouTube”da izlənilməkdə davam edən, musiqisevərlərin pleylistlərinə daxil olan azərbaycanlı müğənni Samirə Əfəndi mükafatlandırılma mərasiminə fəxri qonaq qismində dəvət olunub. Mükafatlandırma mərasimi dəbli “La Nouba” klubunda keçirilib.

Mükafatlandırma mərasimində 12 ölkədən məşhurlar - Claydee, Faydee, Costi, Shiraz, Adam Clay, Otilia, Bashar Al Jawad, həmçinin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və digər dövlət rəsmiləri də iştirak edib. Məşhur "Mata Hari"ni ifa edən həmyerlimizin çıxışı gecənin qonaqları tərəfindən gurultulu alqışlarla qarşılanıb, müğənni ilə xatirə şəkli çəkdirmək istəyənlərin də sayı az olmayıb.

Samirənin özünün də etiraf etdiyi kimi mükafat ona xoş sürpriz olub.

 Samirə Əfəndi “Sevinirəm ki, mahnı yayımlandıqdan xeyli vaxt keçməsinə baxmayaraq, unudulmur və yaşamağa davam edir. Yeni üfüqləri fəth etməyə çalışan əsl yaradıcı insanları ruhlandırır”, - deyə bildirib.

Qeyd edək ki, bu, xaricdəki həmyerlimizin ilk uğuru deyil, Azərbaycanın Eurovision 2020-2021 beynəlxalq mahnı müsabiqəsindəki təmsilçisi, TC Candler əyləncə platformasının versiyasına görə, “2021-ci ilin 100 ən gözəl siması” siyahısına daxil edilib. Samirə, həmçinin International Gold Media Awards mükafatlandırılma mərasimində "İlin Ən Yaxşı Dünya Ulduzu" mükafatına da layiq görülmüşdü.

 

 SEYMUR

 

 https://www.instagram.com/tv/Cd3nbCeFJ9f/?utm_source=ig_web_copy_link

https://www.instagram.com/p/CeGTGIyNv0j/?utm_source=ig_web_copy_link

https://www.instagram.com/p/Ce4Yj5lN7Es/?utm_source=ig_web_copy_link

 https://youtu.be/OkoeMsxYnYI

 https://youtu.be/2CUNXJpYR_A

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN